Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1121/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsinin 05-ci Polis Bölməsinin 16 iyul 2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsinin 05-ci Polis Bölməsinin 16 iyul 2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində törədilmişdir. X1 şəhəri, Kəpəz rayonu, Z. Əliyeva küçəsi, ev 14, m 4-də qeydiyyatda olsada, faktiki Abşeron rayonu, Görədil kəndində yaşadığnı göstərmişdir. Onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsadəti şikayətə əlavə edilməmişdir. İnzibati xətanın törədildiyi yer isə Bakı şəhəri, Binəqədi rayonu ərazisidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsinin 05-ci Polis Bölməsinin 16 iyul 2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayonu məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsinin 05-ci Polis Bölməsinin 16 iyul 2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayonu məhkəməsinə göndərilsin. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1121/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1121/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver