Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1121/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə Nadir qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Atatürk küçəsi 2 (yolun 13-cü kilometrliyində və yolun sağ tərəfində yerləşən q/y sahəsi) ünvanında yerləşən Şəxsnə məxsus aptekdə xx.xx.2024-cü il saat 11:00-11:50-də aptek təşkilatlarına dair tələblərin pozulması və Qanunvericiliyə uyğun sertifikasiyadan keçməyən şəxslərin Gülnar Sarıyevanın (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması aşkarlanmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki. Gülnar Sarıyeva hüquqi savadı olmadığından imza etmişdir. Lakin o da qeyd edilən hallar ilə razı deyildir. İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, hansı tələblərin pozulması qeyd olunmamışdır. Gülnar Sarıyevanın əczaçılıq ixtisasına malikdir, lakin sertifikasiyadan keçmədiyindən əczaçılıq fəaliyyəti ilə məşğul olmamışdır. O, sertifikasiyadan keçəndən sonra dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən onun dərman vasitələri satması ilə bağlı sübut təqdim etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdə qeyd olunanlar təsdiq olunmur. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Şəxs MMC hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərii olmadığı üçün həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4 və 452.3-cü maddələri ilə olan inzibati xəta haqqında işə xitam verməyi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY232068879 nömrəli çıxarışına və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-9/2024 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus xx.xx.2024-cü il tarixində plan üzrə (növbəti) yoxlama aparılarkən aptek təşkilatlarına dair tələblərin pozulması faktı 4.2.2.1 və 4.2.2.2 (kondisioner və ventilyasiya sistemi ilə təchiz edilmiş, anbar otağı işçi heyəti otağı və material otağının olmaması), dərman vasitələrinin döşəmədə altlıqsız saxlanılması aşkar edilmişdir. Əczaçının sertifikasiya şəhadətnaməsinin olmadığı müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixli İN/L-1204/2016/802 qeydiyyat nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, Hökümət evi) tərəfindən xx.xx.2016-cı il tarixində İN/L-1204/2016 qeydiyyat nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında Şəxs MMC-yə məxsus (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abdullayev küçəsi, ev 47, VÖEN **********) Abşeron rayonu, Masazır kəndi, Atatürk küçəsi 2 (yolun 13-cü kilometrliyində və yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsi) ünvanında dərman vasitələrinin parakəndə satışının həyata keçirilməsinə icazə verilir. B № 247833 nömrəli diplomun surətindən görünür ki. X4 Azərbaycan Tibb Üniversitetini əczaçılıq ixtisası üzrə bitirmiş və ona xx.xx.2012-ci il tarixli 3584 qeydiyyat nömrəli diplom verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Şəxs MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. Praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Əczaçıların sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Əczaçılıq ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 1.4-cü bəndinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Tibb Üniversitetini əczaçılıq ixtisası üzrə bitirmiş və ona xx.xx.2012-ci il tarixli 3584 qeydiyyat nömrəli diplom verilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. Lakin protokol tərtib olunan vaxt o, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Əczaçıların sertifikasiyasından keçməmiş və ona Azərbaycan Respublikasının ərazisində Əczaçılıq ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazəsi olmamışdır.İş materiallarında olan sənədləri, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetir.Lakin iş materiallarından göründüyü kimi qeyd edilən maddə əhalinin sanitariya-gigiyea və sanitariya epidemeloji sağlamlğı qaydaları əleyhinə olan inzibati xəta olub, İXM-nin 38.1 maddəsi üzrə həmin inzibati xəxaya görə məsuliyyətə cəlb etmə müddəti 04 aydır. Hazırkı inzibati xəta hadisəsi isə görü 18 yanvar 2024-cü il tarixdə baş vermişdir. Qeyd edilənlərdən göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Odur ki, hesab edirəm ki, MMC barəsində İXMnin 215.4 maddəsi üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsiri' hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməs hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan .ctimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Dərman Vasitələri haqqında Qanunun 8.6. maddəsinə əsasən - Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görürlər və farmakonəzarət üzrə məsul şəxs müəyyən edirlər. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.3-ci maddəsində nəzərdə tutulan nzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər, iş materiallarında olan sənədlərin qarşılıqlı şəkildə tədqiqi ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Abşeron rayonu, Masazır kəndi, Atatürk küçəsi 2 (yolun 13-cü kilometrliyində və yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsi) ünvanında yerləşən Şəxsnə məxsus aptek təşkilatında xx.xx.2024-cü il tarixdə aptek təşkilatlarının qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla da "DOKTA” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsi üzrə təqsirli bilinsin, məsuliyyətə cəlb etmə müddəti keçdiyindən bu hissədə işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1121/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1121/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver