Məhkəmə qərarları › İş №3(012)-1123/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1123/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1123/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X9 oğlunun katibliyi, şikayətçi – X10 nümayəndəsi Nümayəndə, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndəsi X13 və X14 iştirakları ilə, Azərbaycan Respublikası Qida X1-X24 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 06 may 2024-cü il tarixli, MN ******* saylı qərardan X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1-X24 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 06 may 2024-cü il tarixli, MN ******* saylı qərardan X15 tərəfindən şikayət verilmişdir. Şikayətdə göstərilmişdir ki, ona məxsus olan «Vedi» kafesinin ünvanına 16 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida X2-X16 08 may 2024-cü il tarixli, 3- 44-2/1-487/2024 nömrəli məktub daxil olmuş və həmin məktuba 06 may 2024-cü il tarixli MN №1610293 nömrə İnzibati tənbeh vermə haqqında Qərar əlavə olunmuşdur. Azərbaycan Respublikasının Qida X1-X18 rəisi İrfan İsgəndərov tərəfindən qəbul olunmuş həmin 06 may 2024-cü il tarixli MN №1610296 nömrəli Qərarda göstərilmişdir ki o, 2023cü ilin 26 və 30 oktyabr tarixlərində tərtib olunmuş MN №1521063, MN №1521068 nömrəli protokollara və inzibati xəta haqqında işin digər materiallarına baxaraq onun tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsini müəyyən etmiş və qərara almışdır ki, AR İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Həmin qərarla razı deyil, qərar əsassızdır, qərəzlidir absurddur, həmçinin qanunvericiliyin tələblərinə zidd olaraq qəbuİ olunmuşdur. Belə ki, inzibati xətanın mahiyyəti açıqlanmayan, ümumi sözlərlə yazılmış həmin qərarda konkret olaraq harada, saat neçədə və hansı inzibati xətanı törətməyi və buna nəyin təzahür etməsi, inzibati xətanı aşkar edən vəzifəli şəxslər barədə məlumatlar, həmçinin inzibati xətanın törədilməsi faktını sübut edən sənədlər və digər vasitələr, hal şahidlərinə dair qeydlər öz əksini tapmamışdır. Həmin qərardan aydın deyil ki, konkret olaraq hansı xəta və kim tərəfindən törədilmiş, həmin inzibati xəta hansı vəzifəli şəxs tərəfindən aşkar olunmuş və inzibati xətanın törədilməsi hansı sübutlarla təsdiq olunur. 26 və 30 oktyabr 2023-cü il tarixlərdə Qida X1- X18 işçiləri tərəfindən ona məxsus «Vedi» kafesində qanunsuz yoxlama aparılmişdir. Həmin qanunsuz yoxlama zamanı yoxlayıcılar tərəfindən 26 oktyabr 2023-cü il tarixdə AR İXM-nin 220.1 və 447.0.3 maddələri ilə MN1521063 nömrəli, 30 oktyabr 2023-cü ıl tarixdə isə AR İXM-nin 447.0.3 maddəsi MN1521068 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin maddələrlə inzibati xəta haqqında protokolların tərtib edilməsi tam əsassız olmuşdur. Belə ki, vəzifəli şəxs olaraq hər hansı inzibati xəta törətməmiş, onun hərəkətlərində inzibati xəta tərkibi olmamışdır, ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyildir. Qida X1-X18 işçiləri tərəfindən aparılan qanunsuz yoxlama yekunlaşdırılmadan 2023-cü ilin 26 və 30 oktyabr tarixlərində qanuna zidd olaraq tərtib olunmuş inzibati xəta haqqında protokollarda, həmçinin sonradan onların əsasında qəbul olunmuş 06 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, guya «Vedi» kafesində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təsdiq edən müvafiq akt təqdim olunmamışdır, soyuducuda guya sənədsiz ət və balıq məhsulları, markalanması (etiketi) olmayan qatıq və turşular aşkar olunmuşdur. Bildirmək istəyirik ki, protokollar və qərarda göstərilənlər tam yalandır, böhtandır, həqiqəti əks etmir. Belə ki, «Vedi» kafesində yoxlamadan əvvəl dezinfeksiya, dezinseksiya və deratizasiya işləri hələ 17 oktyabr 2023-cü il tarixdə aparılmış və bu barədə «Parlaq Şəhər» Sanitar-Epidemioloji Xidmət Mərkəzi tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli 007997 nömrəli müvafiq aktın surəti yoxlayıcılara təqdim olunmasından əlavə kafenin girişinə yapışdırılmış, eyni zamanda qeyd olunan işlərin görülməsini təsdiq edən müvafiq emblem kafenin bir neçə yerinə də yapışdırılmışdır. Soyuducuda aşkar olunmuş turşu və qatığın isə ümumiyyətlə kafeyə aidiyyəti yoxdur, kafedə bunlardan istifadə edilməmişdir. Həmin turşuların bir qismi kafenin işçilərinin qidalanması üçün özləri tərəfindən alınıb gətirilmiş, 2 balon turşu, 4 balon qatıq, ət və hisə verilmiş balıq isə kafenin sahibinə, yəni ona məxsusdur, evindəki soyuducunun sıradan çıxması və işləməməsi səbəbindən müvəqqəti olaraq saxlanılması üçün kafeyə gətirilmişdir (onun mənzili kafe yerləşən binanın 4-cü mərtəbəsində yerləşir). Bu barədə müvafiq akt da tərtib olunmuşdur. Yoxlayıcılar tərəfindən qeyd olunan həmin turşu və qatıq kafenin işçiləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən qanuni mağazalardan alınmış, onların müvafiq sənədləri mövcuddur və həmin sənədlər yoxlayıcılara təqdim olunmuşdur. Qida X1-X18 rəhbəri inzibati tənbeh vermə haqqında ilk qərarı 07 noyabr 2023-cü il tarixdə qəbul edərkən həqiqətin üzə çıxmaması üçün onun iştirakını qəsdən təmin etməmişdir. Baxmayaraq ki, inzibati xəta haqqında protokollarda orada qeyd olunanlarla razı olmadığını göstərilmiş, həmçinin həmin protokollarla bağlı Qida X1-X18 rəhbər vəzifəli şəxslərinin adlarına tərəfindən 5 vəsatət ünvanlanmışdır. Nə vəsatətlərinə cavab verilmiş, nə də ki, işə baxılması zamanı iştirakları təmin olunmuşdur. Buna görə də həmin inzibati tənbeh vermə haqqında qərarın qanuniliyindən ümumiyyətlə söz gedə bilməzdir. 07 noyabr 2023-cü il tarixdə qəbul edilmiş həmin MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğuna görə tərəfindən Abşeron rayon məhkəməsinə şikayət edilmişdir. Abşeron rayon məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 3(012)-21/2024 nömrəli Qərarı ilə Qida X1-X18 rəhbəri İrfan İsgəndərovun qəbul etdiyi həmin 07 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuşdur. Abşeron rayon məhkəməsinin Qərarında göstərilmişdir ki, «X10 göstərilən inzibati xətanı törətməkdə təqsirli olub olmaması ilə bağlı iş üçün əhəmiyyət kəsb edən sübutlar araşdırılmadan qərar qəbul edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Yəni, Abşeron rayon Məhkəməsi öz Qərarında belə nəticəyə gəlmişdir ki, barəsində tərtib edilmiş protokollar əsasında inzibati cərimə edilməyi əsassızdır. Məhkəmədə müəyyən olundu ki, həmin inzibati tənbeh vermə haqqında qərar bir çox prosessual və normativ aktların pozulması ilə qəbul olunmuşdur. Buna görə, həmçinin AR İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilməsini (134.1.4-cü maddə) nəzərə alaraq, məhkəmə həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün Qida X1-X21 göndərmişdir. Lakin Qida X1-X18 rəhbəri yuxarıda göstərilənləri, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində göstərilən müddətləri nəzərə alaraq işə yenidən baxmaq əvəzinə Abşeron rayon məhkəməsinin Qərarından apellyasiya şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 3(105)-131/2024 nömrəli Qərarı ilə Abşeron rayon məhkəməsinin 29 yanvar 2024-cü il tarixli Qərarı qüvvədə saxlanılmışdır. Qida X1-X19 inzibati xəta haqqında toplanmış iş uydurmadır və həmin bölmə tərəfindən bu və digər norma və prosessual pozuntulara yol verilməsi Abşeron rayon Məhkəməsi və sonradan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə qəbul olunmuş qərarlarında öz əksini tapmışdır. Məhkəmələr zamanı bir daha təsdiq olundu ki, aparılan yoxlama və sonradan həmin yoxlama ilə bağlı qərarların qəbul edilməsi aradan qaldırılması mümkün olmayan qanun pozuntuları ilə həyata keçirilmişdir. Qida X1-X18 rəhbəri isə mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq nəyin bahasına olursa-olsun onu qanunsuz olaraq cərimə etmək niyyətindədir. Belə ki, Qida X1-X18 rəisi İrfan İsgəndərov tərəfindən ona ünvanlanmış 22 aprel 2024-cü ıl tarixli №3-44-2/2-Q- 417/24 nömrəli İnzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 3(105)-131/2024 nömrəli Qərarı 15 aprel 2024-cü il tarixdə Qida X1-X21 daxil olmuşdur. Həmin tarixdə isə artıq inzibati xəta haqqında işə baxmaq üçün qanunvericiliklə müəyyən olunmuş müddətlər keçmişdir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yəni, qeyd olunan inzibati xəta haqqında iş üzrə inzibatı tənbeh vermə müddəti 01 mart 2024-cü il tarixdə bitmişdir. Lakin, Qida X1-X18 rəhbəri qanunvericiliyin bu tələblərini qəsdən nəzərə almadan, ona ünvanladığı 22 aprel 2024-cü il tarixli 3-44-2/2-Q-417/24 nömrəli İnzibati xətalar haqqında işlər üzrə bildirişlə 06 may 2024-cü il tarixdə saat 16:00-da inzibati xəta haqqında işə baxılması üçün bölməyə dəvət etmişdir. Həmin işə baxılmasinın qanunsuz olmasına dair Qida X1-X18 rəhbəri İrfan İsgəndərovun ünvanına bir neçə vəsatət ünvanlamışdır. Həmçinin, Regional Bölmənin rəisinin adına bir neçə vəsatətlə müraciət edərək ondan inzibati xəta haqqında iş üzrə icraat materiallarında toplanmış sənədlərin tanış olmağı üçün rəsmi qaydada ünvanına göndərilməsi və işə baxılmasına hazırlaşmağı üçün ona vaxt lazım olduğuna görə 06 may 2024-cü il tarixə təyin olunmuş iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmin vəsatətlərin işə baxılmasından əvvəl Qida X1-X18 rəhbərliyinə təqdim olunmasına baxmayaraq onlar vəsatətlərinə baxmamış nəzərə almamış və işə baxmağı qərara almışdılar. Buna görə də onun nümayəndələri 06 may 2024-cü il tarixdə saat 15:50-də Qida X1-X21 getmiş, orada onları uzun müddət mühafizəçinin otağında gözlətdirdikdərı sonra əllərindən mobil telefonlarını da alıb Regional Bölmənin rəisi İrfan İsgəndərovun qəbuluna salmışdılar Nümayəndələri İrfan İsgəndərova işə baxılmasının qanunsuz olması, dəfələrlə müraciət etməyinə baxmayaraq iş materialları ilə tanış edilmədiyin, sənədlərin ünvanına göndərilməməsi və Qida X1-X24 tərəfindən yol verilmiş digər nöqsanlar barədə məlumat verərək işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdilər. Lakin, İrfan İsgəndərov onun və nümayəndələrinin vəsatətlərinə dair hər hansı bir fikir söyləməmişdir. Nümayəndələrini işlə tanış etməmişdir. Həmin vaxt həmçinin müəyyən olunmuşdur ki, İrfan İsgəndərovun icraatında olan inzibati xəta haqqında iş materiallarına qəsdən olaraq onun həmin orqana ünvanladığı çox saylı vəsatətləri, məktub və ərizələri, Abşeron rayon Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarları, yoxlamanın nəticəsinə baxılmasına dair qərardan Sumqayıt İnzibati Məhkəməsində qaldırdığı iddia, yoxlama zamanı yoxlayıcılara, sonradan isə Regional Bölməyə sübut kimi təqdim etdiyi sənədlər əlavə olunmamışdır. Bundan başqa, nümayəndələri onun yazılı izahatını da İrfan İsgəndərova iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdilər. İrfan İsgəndərov nümayəndələri tərəfindən təqdim olunmuş sənədlərlə və iş materialları ilə tanış olub, özünün tanıdığı hüquqşünas və vəkillərlə məsləhətləşdikdən sonra icraatında barəsində olan inzibati xətaya dair işi təxirə salıb-salmarnası və ya həmin işə xitam verəcəyi və ya işə baxacağını müəyyən etdikdən sonra onlara bu barədə telefonla məlumat verəcəyini bildirmişdir. Həmin görüşün Qida X1- X18 işçiləri tərəfindən video çəkilişi də aparılmışdır. İşin yekunu və qəbul edəcəyi qərar barədə konkret bir söz deməyib və qərar qəbul etmək üçün ona məsləhətləşmələr üçün bir neçə gün tələb olduğuna söylədikdən sonra İrfan İsgəndərovun nümayəndələrini ış otağından yola salmışdır. Bundan bir neçə gün sonra məlum olmuşdur ki, İrfan İsgəndərov ona müraciətlərini, vəsatətlərini nəzərə almadan həmin işə baxmış və yenə də qanunsuz olaraq 06 may 2024-cü il tarixli MN№1610296 nömrəli qərar qəbul etmişdir. Həmin qərar ünvanına rəsmi olaraq 16 may 2024-cü i: tarixdə daxil olmuşdur. «Vedi» kafesində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə yol verilməmişdir, iş materiallarında belə halların baş verməsinə dair hər hansı bir sübut yoxdur. «Vedi» kafesində istehlakçıların hüquqları pozulmamışdır. Yoxlama zamanı yoxlayıcılara tələb olunan bütün sənədlər tərəfindən təqdim olunmuş, onlar həmin sənədləri sübut kimi götürmüş, lakin bu barədə hər hansı bir qanuni protokol və ya akt tərtib etməmişdilər. Laboratoriyaya sınaq üçün təqdim etmək adı ilə ərzaq mallarını götürüb, qablaşdırıb plomblayarkən isə hal şahidlərini qəsdən dəvət etmədilər. Həmin ərzaqları bu günədək laboratoriyaya təqdim etməmişlər, plomblarını açıb qanuni sahiblərinə qaytarmamışlar və buna görə həmin ərzaqlar xarab olmuş və bununla onlara qəsdən maddi zərər vurulmuşdur. «Vedi» kafesində inzibati xəta hadisəsi mövcud olmamışdır, həmçinin onun hərəkətlərində inzibati xəta əlamətləri olmamışdır. Qida X1- X18 işçiləri başladıqları uydurma inzibati xəta haqqında iş üzrə onu qanunsuz ittiham etdikləri inzibati xəta guya 2023-cü ilin oktyabr ayında aşkar edilmiş lakin inzibati xətanın aşkar edildiyi gündən qanunla müəyyən edilmiş 04 aylıq müddət artıq keçmişdir ki bu da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasına dəlalət edən haldır. Odur ki, Abşeron rayon Məhkəməsinin Qərarı ilə barəsində tərtib edilmiş həmin protokollar əsasında inzibati cərimə edilməyinin əsassız olması barədə qeydləri nəzərə alaraq, həmçinin barəsində yoxlayıcılar tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarda göstərilən inzibati xəta hadisəsinin mövcud olmadığını, hərəkətlərində inzibati xəta tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1. 53.1.2 və 53.1.6-cı maddələrinə əsasən xitam verilməli idi. Lakin, bölmə rəisi İrfan İsgəndərov qanuni qərar qəbul etmək əvəzinə qanunsuz qərar qəbul edərək onu-cərimə etmişdir. Göründüyü kimi, onun tərəfindən inzibati xəta törədilmədiyi halda Azərbaycan Respublikasının Qida X1-X18 işçiləri tərəfindən barəsində uydurma iş başlanmış, hər hansı bir inzibati araşdırma aparılmadan əsassız və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 26 və 30 oktyabr 2023-cü il tarixlərdə yoxlayıcılar «Vedi» kafesində yoxlama apararkən kafedə AR İXM-nin 220-ci və 447.0.3-cü maddələrində göstərilən inzibati xəta hadisələri baş verməmişdir. Onun və «Vedi» kafesinin işçilərinin hərəkətlərində AR İXM-nin 220.1 və 447.0.3-cü maddələrində göstərilən inzibati xətaların tərkibi olmamışdır. Yoxlayıcıların tərtib etdikləri sənədlərdə bu barədə göstərdikləri həqiqətə uyğun deyil, yalandır və barəsində toplanmış inzibati xəta haqqında iş uydurmadır, qanunsuzdur. Yoxlayıcıların yoxlama zamanı tərtib etdikləri sənədlərdə və inzibati xəta haqqında protokollarda yoxlama zamanı kafedə olan etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və işçinin bu barədə müvafiq qeydləri göstərdiklərini bir daha təsdiq və sübut edir. Qida X1-X18 rəhbəri və işçilərinin yol verdikləri qanunsuz hərəkətlərə görə ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Qida X1-X18 böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadənin tərtib etdikləri 26 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli və 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən həmin bölmənin rəisi İrfan İsgəndərov tərəfindən qəbul olunmuş 06 may 2024-cü il tarixli MN №1610296 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X10 nümayəndəsi şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida X1-X18 nümayəndəsi X13 şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Vedi” kafesi müəssisəsində dezinfeksiya, Deratizasiya işlərinin görülməsi ilə bağlı akt tərtib edilməsi, soyuducuda üzərində markalanması olmayan, mənşəyi məlum olmayan 5 ədəd müxtəlif növ məhsullar aşkar edilmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Vedi” kafesində baxış zamanı soyuducuda mənşəyi məlum olmayan, markası olmayan 21 ədəd saxsı qabda qatıq, 4 ədəd 2 litrlik bankada qatıq, ət, və balıq məhsullar, hisə verilmiş boğaz, hisə verilmiş balıq və.s aşkar edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)- 21/2024 saylı qərarı ilə X10 Azərbaycan Respublikası Qida X1-X24 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərardan şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Vedi kafesinin rəhbəri X12 məxsus evindəki soyuducusu siradan çıxdığına görə ona məxsus aşağıda adları göstərilən ərzaq məhsulları daşınaraq Vedi kafesinə müvəqqəti olaraq soyuducu təmir edilənədək saxlanılması üçün kafenin soyuducusuna yerləşdirilmişdir. Kafenin soyuducusunda saxlanılması üçün qəbul edilən ərzaq məhsulları 1) təxminən 0,5 kq Ankor yağı, 2)1 kq pendir, 3) 4 balon qatıq 4) 20 ədəd yumurta, 5) 1 banka sarımsaq turşusu, 6) 2,5 kq ət, 7) 1 balon xiyar turşusu, 8) 1 balon bibər turşusu, 9) 1,5 kq hisə verilmiş toyuq boğası, 10) 1 kq hisə verilmiş balıq, 11) 100 qram krevetka, 12 ) 300 qram çuğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi fiziki şəxs X10 (VÖEN **********) plan üzrə növbəti nəzarət növündə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cari fəaliyyətinin yoxlanması ilə bağlı qeydiyyatdan keçmiş və restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər nəzarət plan üzrə (növbəti) yoxlama ilə bağlı məcburi tələblər Z.Qafarovaya göndərilmişdir. Şikayətverən tərəfindən məhkəməyə təqdim edilən 01 iyul 2023-cü il tarixli “Vedi” kafesinin 06 aylıq menyusundan görünür ki, menyuda kabablar, qazan yeməkləri, sac, qarnirər, salatlar nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası X7 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 06 may 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmədə müəyyən edilmişdir ki, 26 oktyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-X18 böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə «Vedi» kafesinə gəlmiş və planlı yoxlama aparılmış, 26 oktyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixli protokol və müvafiq akt tərtib olunmuşdur. 26 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Vedi” kafesi müəssisəsində dezinfeksiya, Deratizasiya işlərinin görülməsi ilə bağlı akt tərtib edilməsi, soyuducuda üzərində markalanması olmayan, mənşəyi məlum olmayan 5 ədəd müxtəlif növ məhsullar aşkar edilmişdir. 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Vedi” kafesində baxış zamanı soyuducuda mənşəyi məlum olmayan, markası olmayan 21 ədəd saxsı qabda qatıq, 4 ədəd 2 litrlik bankada qatıq, ət, və balıq məhsullar, hisə verilmiş boğaz, hisə verilmiş balıq və.s aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmədə müəyyən edilmişdir ki, X15 şikayətində «Vedi» kafesində istehlakçıların hüquqları pozulmadığını bildirmiş, göstərmişdir ki, yoxlama zamanı yoxlayıcılara tələb olunan bütün sənədlər tərəfindən təqdim olunmuş, onlar həmin sənədləri sübut kimi götürmüş, lakin bu barədə hər hansı bir akt tərtib etməmişlər. Laboratoriyaya sınaq üçün təqdim etmək adı ilə ərzaq malları götürülüb, qablaşdırıb plomblayarkən isə hal şahidlərini dəvət etməmişlər. Həmin ərzaqları bu günədək laboratoriyaya təqdim etməmişlər, plomblarını açıb qanuni sahiblərinə qaytarmamışlar. Bununla da inzibati xəta hadisəsinin mövcudluğu sübut olunmamış qaldığı halda, formal mülahizələr əsasında 06 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Şikayətin dəlillərini təkzib edən sübut qərar qəbul edən orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi 06 may 2024-cü il tarixli qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçsə də, qərar qəbul edən tərəf bunu nəzərə almamışdır. Odur ki, hesab edirəm ki, şikayət əsaslı oldugundan təmin edilməli, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1-X24 tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 06 may 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar