Məhkəmə qərarları › İş №3(012)-1131/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1131/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1131/2020 30.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin, Qobu PB-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1994-cü ildə ünvan 1ində anadan olmuş, subay,orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis X15 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin Qobu PB-nin sahə rəisi, polis mayoru X6tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin Qobu PB –nin sahə rəisi, polis mayoru X6 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə X7 köçkünlər şəhərciyində yaşayan X8 məxsus 480 manat dəyərində mobil telefonu talamaqla nəticədə ona 480 manat dəyərində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, St.Sumqayıt,məcburi köçkünlər şəhərciyində yerləşən iş yerinin geyim otağında cibgirlik yolu ilə X1 məxsus gödəkcənin sağ qoltuq cibindən 100 manat dəyərində Samsung A10 markalı mobil telefonu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, st.Sumqayıt şəhəri,məcburi köçkünlər şəhərciyində yaşayan X5 usta işlədiyi binadan 100 manat dəyərində Samsung J2 Prime markalı mobil telefonu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 160 saat ictimai işlər inzibati növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar