Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1135/2022 29.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi”nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs olan Azərbaycan Respublikası Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi”nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, hüquqi şəxs olan Azərbaycan Respublikası Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi”nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi”nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, Abşeron RPİ-nin məlumat məktubu xx.xx.2022-ci il tarixdə idarənin ünvanına çatmışdır. Ştat cədvəli xx.xx.2022-ci il tarixdə təsdiq olunduğu üçün ünvan 2əlumat verilməsi mümkün olmamışdır. Sonda o, Abşeron RPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqnda protokolun qanunsuz tərtib olunmasını əsas gətirərək göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs olan «Abşeron RİH MKTİİTB Abadlıq və Kommunal Xidmətləri İdarəsi” şirkətinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Abşeron RPİ-nin məktubundan və məktubun xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilməsi barədə xəbərnamədən görünür ki, Abşeron rayon Polis İdarəsi tərəfindən Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi”nə sorğu ilə müraciət edilərək mülkiyyətində olan Kamaz 43253-91011-02 Ş-də KO440-4K yük markalı, 01AC930 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 06:53 radələrində Bakı-Quba yolunun 15.8km Avtovağzal istiqamətində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub xx.xx.2022-ci il tarixdə Şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan «Abşeron RİH MKTİİTB Abadlıq və Kommunal Xidmətləri İdarəsi Şirkəti»-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi” haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron RİH MKTİİTB “Abadlıq və Kommunal Xidmətləri İdarəsi” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası şirkətin hüquqi ünvanı üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1135/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1135/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver