Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1137/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 24 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edərək, müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-13719 saylı icra sənədinə əsasən X1 xeyrinə Şəxs cəmi 1025 manat pul tutulmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3816,85 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Birinci məhkəmə iclası təxirə salındıqdan sonra borclu şəxs Şəxs tərəfindən tələbkar X1 xeyrinə 600, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, iş üzrə tələbkar X1 xeyrinə ödənilməli məhkəmə prosesi təxirə salındıqdan sonra 600 manat tərəfindən ödənilmişdir, digər tələbkar Zərərçəkmiş şəxs isə ümumilikdə 500 manat pul vəsaiti ödəmişdir. Bundan başqa bildirdi ki 1 ay ərzində Zərərçəkmiş şəxs ödənilməli olan qalıq borcu da tam şəkildə ödəyəckdir. İcra sənədi üzrə borcun ödənilməsindən qərəzli yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs bildirdi ki, borc üzrə ona ödənilməli olan məbləği hissə-hissə deyil, tam şəkildə tələb edir. Odur ki, borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Digər tələbkar X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasın gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-13719 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1 xeyrinə Şəxs cəmi 1025 manat pul tutulması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3816,85 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Yasamal Rayon İcra şöbəsinin 21 iyun 2023-cü il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2049/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü icra edilməsi barədə Şəxs məlumat göndərilmişdir. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-13719 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Yasamal Rayon İcra şöbəsinin 21 noyabr 2023-cü il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-13719 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü icra edilməsi barədə Şəxs məlumat göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 24 may 2024-cü il tarixli “bir neçə icra sənədini ümumi icraatda birləşdirilməsi” barədə qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2024 saylı xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-13719 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədi üzrə icraata başlanılmış, borclu şəxs tərəfindən tələbkar şəxs X1 xeyrinə məhkəmə prosesi təxirə salındıqdan sonra 600 manat məbləğində ödəniş edilmiş, digər tələbkar Zərərçəkmiş şəxs isə ümumilikdə ayrı-ayrı vaxtlarda 200 və 300 manat olmaqla ümumilikdə 500 manat pul vəsaiti ödəmişdir. Bütün bu hallar borclu tərəfindən qərarın icra edilməməsində qərəzliliyin olmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, borclu tərəfindən bildirilən hallar və borc üzrə qismən ödəniş etməsi onu borc öhdəliyindən azad etməsə də, onun əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlməyə əsas verir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxsnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1137/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1137/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver