Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1141/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, olan, evli, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Azsamant markalı 92TF230 markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən Opel Astra markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin buferini əzərək 150 manat maddi ziyan vurmuşdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin və zərərçəkmiş şəxdin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi və tərəf məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yerləşənevə gedən zaman tanımadığı şəxs tərəfindən bıcaqlanmış və bu zaman həmin məhəllədə yaşayan şəxslər tərəfindən Bakı şəhərində yerləşən 1 nömrəli xəstəxanaya aparılmış, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. O, 12 mart 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olmuş və onun Azsamant markalı ** TF *** markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobili olmamışdır.Həmin vaxt Azsamant markalı ** TF *** markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobildən şərnişin olaraq düşmüş, Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuş və oradan aralanmışdır.Zərərçəkmiş şəxs belə yollarla qazanc əldə etmək istəyir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Opel Astra markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Xırdalan şəhərindən 20 yanvar adlanan əraziyə sərnişin apararkən Azsamant markalı ** TF *** markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü avtomobilini onun idarə etdiyi avtomobilin yanına verərək əl hərəkətləri ilə avtomobilini saxlamasını istəmiş və həmin avtomobilin sürücüsü zor tətbiq edərək Opel markalı maddi ziyan vurmuşdir. Bakı şəhəri, Sabunçu rayonu, Muğan sanatoriyasında yaşayan Zərərçəkmiş şəxs müraciət etməsi faktı əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə həvalə olunmuşdur. Bundan sonra Şəxs barəsində 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin məhkəmə baxışında Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Opel Astra markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə Xırdalan şəhərindən 20 yanvar adlanan ərazidə olarkən Şəxs həmin vaxt onun avtomobilinin arxa bufer hissəsini əzməsi və bununla bağlı avtomobilinə 150 manat ziyan dəyməsi zərərçəkənin izahatından başqa hər hansı sübutla təsdiq olunmur. Qeyd edilən avtomobilə ziyan vurma faktı sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1141/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1141/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver