Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1144/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Abşeron rayon məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20 radələrində Şəxs idarə etdiyi «Renault Megane» markalı, **-CX-*** d.q.n avtomobillə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində özünün deməsinə görə tıxac səbəbindən saatda 5 km sürətlə hərəkətdə olan zaman sol tərəfdə olan avtomobillərin arasından çıxan piyadaçı X3 onun qarşısına çıxmış, o isə əyləcdən istifadə etsə də idarə etdiyi nəqliyyat vasitəsinin sol qanadı ilə R.Şərifovam vurmuşdur. X5palı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsinin və sol əlin arxa səthinin sıryıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırlarında ibarət Yüngül dərəcəli bədən xəsarətləri almışdır.Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20 radələrində özünə məxsus olan «Renault Megane» markalı, **-CX-*** d.q.n avtomobillə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində həm onun, həm də əks hərəkət istiqamətində tıxac olduğu üçün saatda 5 km sürətlə hərəkətdə olan zaman sol tərəfindəki avtomobillərin arasından bir nəfər qadın piyadaçı qəflətən onun qarşısına çıxmış, o isə dərhal əyləci basmışdır. Buna baxmayaraq həmin qadın sol böyrü üstə yerə yıxılmışdır. Lakin o, idarə etdiyi nəqliyyat vasitəsinin həmin piyadaya dəyib-dəymədiyini belə bilməmişdir. Bundan sonra o, hərəkətini dayandırıb maşından düşərək həmin piyadaya yaxınlaşmış və onu yolun kənarına doğru aparıb səki üzərində oturdaraq səhhəti ilə maraqlanmışdır. Sonradan adını bildiyi Ramidə Şərifova isə ona hər hansı bir problem olmadığını deyərək getmək istədiyini bildirmiş, daha sonra isə ayağa qalxıb yaşadığı ünvana doğru irəliləməyə başlamışdır. O isə öz növbəsində Ramidənin səhhətinin pisləşəcəyindən ehtiyyat edərək, eləcə də ünvanını bilmək üçün onu müşayiət etməyə başlamışdır. Daha sonra o, Ramidənin yaşadığı ünvana gedərək onun valideyinlərinə baş vermiş hadisə barədə məlumat vermiş və onlar birlikdə təcili-tibbi yardım briqadası çağıraraq Ramidəni KTM-ə aparmışlar. Söhbət əsnasında valideyinləri Ramidənin psixi və fiziki qüsurları olduğunu və onun İİ qrup əlil olduğunu da ona bildirmişlər. Sonda o, qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində qızı Ramidə Şərifova dərman almaq üçün aptekə getmişdir. Bir müddətdən sonra adını bilmədiyi şəxs və Ramidə onların yaşadığı ünvana gəlmişlər. Sonra məlum olmuşdur ki, Akim adlı şəxs yolu keçərkən onun qızı Ramidəni vurmuşdur. Şəxs onları baş vermiş hadisə barədə xəstəxanaya və polis orqanlarına məlumat verməmələrinə razi salmağa çalışmış, daha sonra qızının səhhəti pisləşdiyindən onlar məcbur olub təcili tibbi yardım çağırmış və Ramidə Bakı şəhərində yerləşən X10 aparılmışdır. Sonda o, Şəxs şikayətçi olduğunu və ona dəymiş 800 (səkkiz yüz) manat məbləğində maddi ziyanı tələb etdiyini bildirmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş 04 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20 radələrində Şəxs idarə etdiyi «Renault Megane» markalı, **-CX-*** d.q.n avtomobil ilə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində özünün deməsinə görə tıxac səbəbindən saatda 5 km sürətlə hərəkətdə olan zaman sol tərəfdə olan avtomobillərin arasından çıxan piyada X3 onun qarşısına çıxmış, o isə əyləcdən istifadə etsə də idarə etdiyi nəqliyyat vasitəsinin sol qanadı ilə R.Şərifovanı vurmuşdur. X5palı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsinin və sol əlin arxa səthinin sıryıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırlarından ibarət Yüngül dərəcəli bədən xəsarətləri almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1013 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X1 məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, sağ alın-gicgah nahiyəsinin və sol əlin arxa səthinin sıryıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2/10019 nömrəli sərxoşluq hallarının bütün nvlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20 radələrində Şəxs idarə etdiyi «Renault Megane» markalı, **-CX-*** d.q.n avtomobillə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində özünün deməsinə görə tıxac səbəbindən saatda 5 km sürətlə hərəkətdə olan zaman sol tərəfdə olan avtomobillərin arasından çıxan piyadaçı X3 onun qarşısına çıxmış, o isə əyləcdən istifadə etsə də idarə etdiyi nəqliyyat vasitəsinin sol qanadı ilə R.Şərifovam vurmuşdur. X5palı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsinin və sol əlin arxa səthinin sıryıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırlarında ibarət Yüngül dərəcəli bədən xəsarətləri almış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1144/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1144/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver