Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1146/2021 04.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Novxanı kəndiünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 04 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2020 saylı, 12.06.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 170 manat məbləğində aliment alınaraq X8 ödənilməlidir, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6378/2020 saylı, 20.08.2020-ci il tarixli icra vərəqəsi üzrə Şəxs X4 xeyrinə 12 may 2020-ci il tarixdən başlayaraq 28 avqust 2018-ci il tarixdə doğulmuş X9 3 (üç) yaşına çatanadək hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment tutulmalıdır, Abşeron Rayon Məhkəməsinin 2(012)-426/2015 saylı, 30.03.2015-ci il tarixli icra vərəqəsi üzrə 17.11.2008-ci il təvəllüdlü X6 və 03 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs 30 oktyabr 2014-cü il tarixdən başlayaraq hər bir uşaq üçün hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005-2300/2019 saylı, 07.05.2019-cu il tarixli qətnaməsinə əsasən 17.11.2008-ci il təvəllüdlü X6 və 03 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa 160 manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 bildirdi ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2020 saylı, 12.06.2020-ci il tarixli icra sənədi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6378/2020 saylı, 20.08.2020-ci il tarixli icra vərəqəsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-426/2015 saylı, 30.03.2015-ci il tarixli icra vərəqəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005-2300/2019 saylı, 07.05.2019-cu il tarixli icra vərəqəsi daxil olmuş, həmin tarixlərdə də icraata başlamaq haqqında qərarlar qəbul olunaraq tərəflərə və məhkəmələrə göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı qurumlara sorğular edilmiş, tələbin yönəldilə biləcəyi - borclu Şəxs oğlunun adına Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən **********39 reyestr nömrəli 0.1127 ha torpaq sahəsinin olması müəyyən edilmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-37/2020 saylı, 05.02.2020-ci il tarixli qərardadına əsasən həmin sözügedən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Nəticədə iş üzrə borclu Şəxs məhkəmə qərarlarını icra etməkdən qəsdən və qərəzli şəkildə yayınmışdır. Borclu heç bir üzürlü səbəb göstərmədən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta törədən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir. Aliment məbləği çox olduğu üçün və işlədiyi vaxt əmək haqqını vaxtlı-vaxtında ala bilmədiyi üçün aliment borcunu ödəyə bilmir. Hal-hazırda ümumilikdə 13082 manat aliment borcu vardır, həmin borcdan qismən ödəyə bilər. Lakin həmin borcunu tam ödəmək imkanı yoxdur. Borclu Şəxs 04.06.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, izahatı alınmışdır. O isə izahatında aliment məbləğinin çox olduğundan və işlədiyi vaxt əmək haqqını vaxtlı-vaxtında ala bilmədiyi üçün aliment borcunu ödəyə bilmir. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3003/2020 saylı, 12.06.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, borclu Şəxs hər ay 170 manat məbləğində aliment alınaraq X8 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6378/2020 saylı, 20.08.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs X4 xeyrinə 12 may 2020-ci il tarixdən başlayaraq 28 avqust 2018-ci il tarixdə doğulmuş X9 3 (üç) yaşına çatanadək hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-426/2015 saylı, 30.03.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 17.11.2008-ci il təvəllüdlü X6 və 03 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs 30 oktyabr 2014-cü il tarixdən başlayaraq hər bir uşaq üçün hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005- 2300/2019 saylı, 07.05.2019-cu il tarixli qətnaməsi üzrə icra vərəqəsinin surətindən görünür ki, 17.11.2008-ci il təvəllüdlü X6 və 03 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa 160 manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 04.08.2021-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs heç bir üzürlü səbəb göstərmədən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında işüzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında işüzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. İnzibati işdə olan, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanunda nəzərdə tutulmuş göstərişlərini borcu yerinə yetirmişdir. Borclu icra məmurunun cağırışına gəlmiş, borclu qətnamə icraya yönəldiyi vaxtdan başlayaraq aylıq alimentdən ödəniş etmişdir. Borclu işsizdir, işlədiyi müüddətdə isə əmək haqqını vaxtında ala bilmədiyi üçün borcunu ödəyə bilmir, o borcunu ödəməkdən boyun qaçırmır, tələbkarların borcunu hissəhissə ödəyir, borclu tam olaraq borcun ödənişindən yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu aliment borclarını maddi imkanı çatan məbləğdə ödəyir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş alimenti, eyni zamanda aliment borcunu ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Məhkəmə icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi onun inzibati məsuliyyətə cəlb olunması üçün hələ əsas deyil. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, aliment borcunun olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 105-115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1146/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1146/2021
04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver