Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1153/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Günay” fırmasının vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X1 və Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X3 iştirakları ilə, «Günay» firması barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2022-ci il tarixdə barəsində “Günay” firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X6 bildirdi ki, “Günay» firması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir.və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda o, yuxarıda göstərilənlərə əsasən “Günay» firması barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Günay” fırmasının vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X4 bildirdi ki, “Günay» firması 2021-2022-ci il üçün işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamışdır. Həmin müqavilənin müddəti 2022-ci ilin aprel ayında bitmişdir. Sığorta müqaviləsi 1 (bir) il müddətinə bağlansa da, sığorta təminatında fasilə yaranmamışdır. Müqavilə müddətinin bitməsinə baxmayaraq müvafiq sığorta şirkəti “Günay” fırmasının arasında yeni müqavilənin bağlanılması üçün danışıqlar aparılmışdır. Bundan başqa inzibati orqan hər hansı xəbərdarlıq etmədən inzibati protokol tərtib etmişdir. Eyni zamanda müvafiq bildiriş daxil olduğu gün yeni sığorta müqaviləsi imzalanmışdır. Sonda o, yuxarıda göstərilənləri əsas gətirərək Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş MN1496571 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan «Günay» firmasının mühasibi X2 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «Günay» firmasında çalışan işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini hallarında icbarı sığorta alınmaışdır. Aşkar olunmuş pozuntu tərəflərindən tez bir zamanda aradan qaldıracaqdır. İş materiallarında olan «Günay» firmasının mühasibi X2 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunu xx.xx.2022-ci il tarixdə almışlar. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması ilə bağlı xx.xx.2022-ci il tarixdə “Meqa Həyat” sığorta şirkəti ilə sığorta müqaviləsi bağlanmışdır. «Günay» firması tərəfindən sığorta haqqı 2178.90 (iki min yüz yetmiş səkkiz manat doxsan qəpik) ödənilmişdir. İş materiallarında olan “Əmək müqaviləsi bildirişi” altsistem çıxarışında sorğu edilən məlumatın yeniləndiyi tarix xx.xx.2022-ci il göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18-ci maddəsinin tələblərinə əsasən «Günay» firması hüquqi şəxsdir. Buna görə də o hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 469.2-ci maddəsinə əsasən ““İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «Günay» firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarını nəzərdə keçirirərək belə hesab edir ki, sığorta müqaviləsi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. «Günay» firması xx.xx.2022-ci il tarixdə “Əmək müqaviləsi bildirişi” altsistemi tərəfindən məlumat almışdır. Məlumat almasına baxmayaraq «Günay» firması yaranmış pozuntunu aradan qaldırmamış və xx.xx.2022-ci il tarixdə “Meqa Həyat” sığorta şirkəti ilə sığorta müqaviləsi bağlamışdır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Günay» firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Günay» firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1153/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1153/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver