Məhkəmə qərarları › İş №3(012)-1157/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1157/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1157/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İİİ tağım yol patrul xidməti baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01.08.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 01.08.2021-ci il tarixdə Bakı- Şamaxı-Yevlax yolunda 10 №-li marşrut üzrə rayon istiqamətində hərəkətdə olan “Chevrolet” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs etibarnamə olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkil pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hərəkətinin digər iştirakçılarına təhlükə yaradan hərəkətlərə yol verərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuş və yol səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İİİ tağım yol patrul xidməti baş leytenantı X2 bildirdi ki, sürücü Şəxs 01.08.2021-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda 10 №-li marşrut üzrə rayon istiqamətində hərəkətdə olan zaman etibarnamə olmadan idarə etdiyi “Chevrolet” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkil pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hərəkətinin digər iştirakçılarına təhlükə yaradan hərəkətlərə yol verərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuş və yol səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 01 avqust 2021-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi “Chevrolet” markalı, **-OV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunda qardaşının toy karvanında hərəkətdə olan dostundan alıb idarə etdiyi “Chevrolet” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müxtəlif hərəkətlər etməklə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuş və yol səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri törətmiş, ətrafdakıların diqqətini özünə yönəltmiş, digər avtomobillər üçün qəza vəziyyəti yaratmışdir. Sonda o, törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Əİi oğlu hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqadər olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş 01 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Şəxs qeyd olunan inzibati xətanı törətməsi bir daha təstiq olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 01.08.2021-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda qardaşının toy karvanında hərəkətdə olan dostundan alıb idarə etdiyi “Chevrolet” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müxtəlif hərəkətlər etməklə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuş və yol səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri törətmiş, ətrafdakıların diqqətini özünə yönəltmiş, digər avtomobillər üçün qəza vəziyyəti yaratmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.3.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları, o cümlədən 01 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntü ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutuduğu əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 avqust 2021-ci il tarixdən, saat 17:47-dən hesablansın. Qərarın icrası müvafiq olaraq Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar