Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1159/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs iştirakı ilə 12.09.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşqul olan, Mingəçevir şəhəri, M. Füzuli küçəsi, ev 84/17, mənzil 53-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 22.07.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 iyun 2021-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “RAVON R4 LT minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində baş vermiş yolnəqliyyyat hadisəsi nəticəsində 1994-cü il təvəllüdlü X3 xəsarət yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir. O, 21 iyun 2021-ci il tarixdə özünə məxsus “RAVON R4 LT minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Novxanı qəsəbəsindən Bakı şəhəri, Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən Novxanı-Binəqədi yolunun 1-ci km-də telefonuna gələn zəngə cavab vermək üçün maşını yolun sağ tərəfində saxlayıb danışmağa başlamış, sonra o yolun sol tərəfinə gözləmədən dönüş etmək istədikdə hərəkətdə olan avtomaşın onun avtomobilinin sol tərəfindən vurmuşdur. Baş vermiş hadisənin onun yolun hərəkət hissəsini gözləmədiyi üçün yarandığını, avtomaşında tək olmuş, spirtli içki qəbul etməmiş, heç bir xəsarət almamışdır. Baş vermiş hadisədən çox peşimandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında 22.07.2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 21 iyun 2021-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “RAVON R4 LT minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyyat hadisəsi nəticəsində 1994-cü il təvəllüdlü X3 xəsarət yetirmişdir. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 21 iyun 2021-ci il tarixdə, Abşeron rayonu, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1994-cü il təvəllüdlü X2 xəsarət alması barədə Bakı şəhəri, Sabunçu rayon Xəstəxanasından 22.06.2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olmuşdur. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 21 iyun 2021-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “RAVON R4 LT minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyyat hadisəsi nəticəsində 1994-cü il təvəllüdlü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti yetirilməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsinin dispozisiyasına görə, ara məsafəsi saxlama qaydalarının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddələri ilə təqsirli bilinməli həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Mingəçevir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1159/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1159/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver