Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1159/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 3-33-1100/013/011611 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar 15 may 2024-cü İİ tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə AZ6515,"Yardımlı rayonu, Nisəkələ kəndi” ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: ********** ) “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi 12-ci km” ünvanında yerləşən anbarına daxil olmuş “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan xx.xx.2024-cü il tarixli **********1803 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşən yüklərin istifadə olunduğu barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmiş, baxış zamanı xx.xx.2024-cü il tarixli **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə şərti buraxılmış 19538 ədəd (qutu) “PROGİNAT 500 MG/10 ML ORAL SUSPNSYN” (seriya no: ******* olan 9768 ədəd, seriya no:4282013 olan 9770 ədəd) adında dərman vasitəsindən 3746 ədəd (qutu) əskik olduğu aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yoxlama haqqında protokoldan və aktdan görünür ki, “PROGİNAT 500 MG/10 ML ORAL SUSPNSYN” (seriya no: ******* olan 9768 ədəd, seriya no:4282013 olan 9770 ədəd) adlı ümumi gutu sayı 19538 ədəd olmalı olsa da faktiki olaraq 15792 ədəd olduğu aşkarlanmışdır. Yoxlama haqqında protokolun və aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdarları və Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən **********1803 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş V**********15599 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə “proginat 500 MG/10ML oral suspnsyn” adlı dərman vasitəsi yükünün 1 ədədinin(qutunun) dəyəri 1.67 ABŞ dolları olmaqla 3746 ədədinin (qutunun) dəyəri milli valyutaya nisbətdə 10634.89 (on min altı yüz otuz dörd manat səksən doqquz qəpik) manat təşkil edən 6255.82 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan malların istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxsŞəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəis müavini, gömrük xidməti mayoru Orxan Hacıyev tərəfindən tərtib edilmiş raportdan raportundan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 3-33-1100/013/011611 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, 15 may 2024-cü il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə AZ6515,"Yardımlı rayonu, Nisəkələ kəndi” ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: ********** ) “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi 12-ci km” ünvanında yerləşən anbarına daxil olmuş “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan xx.xx.2024-cü il tarixli **********1803 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşən yüklərin istifadə olunduğu barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmiş, baxış zamanı xx.xx.2024-cü il tarixli **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə şərti buraxılmış 19538 ədəd (qutu) “PROGİNAT 500 MG/10 ML ORAL SUSPNSYN” (seriya no: ******* olan 9768 ədəd, seriya no:4282013 olan 9770 ədəd) adında dərman vasitəsindən 3746 ədəd (qutu) əskik olduğu aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli yoxlama haqqında protokoldan və aktdan görünür ki, “PROGİNAT 500 MG/10 ML ORAL SUSPNSYN” (seriya no: ******* olan 9768 ədəd, seriya no:4282013 olan 9770 ədəd) adlı ümumi qutu sayı 19538 ədəd olmalı olsa da faktiki olaraq 15792 ədəd olduğu aşkarlanmışdır. Yoxlama haqqında protokolun və aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları və Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, 2019-cu ildən etibarən Şəxs MMC-nin direktorudur. Şirkətin fəaliyyət istiqaməti dərman vasitələrinin idxalından, daha sonra həmin malların satışını həyata keçirməkdən ibarətdir, işin mahiyyəti üzrə bildirir ki, Türkiyə Respublikasında qeydiyyatda olan “X3.Tic.A.Ş.” şirkəti ilə aralarında bağlanılmış nömrəsiz xx.xx.2019-cu il tarixli müqavilə əsasında Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixdə 77JG913/99YD413 nömrəli nəqliyyat vasitəsi ilə V**********15599 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə ümumilikdə 19538 ədəd “proginat 500 MG/10ML oral suspnsyn” adlı dərman vasitəsi yükü gətirilmişdir, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin malların idxalına icazə sənədi alınmadığına görə həmin mallar xx.xx.2024-cü il tarixdə **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək xx.xx.2024-cü il tarixədək saxlanc xüsusi gömrük proseduru altında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi 12-ci km ünvanında yerləşən Şəxs MMC-yə məxsus anbarda yerləşdirilmişdir, əlavə olaraq bildirir ki, həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən qabaq **********9299 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, gömrük qaydalarının pozulduğunu etiraf edir və qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdırlar. Aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən **********1803 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş V**********15599 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə “proginat 500 MG/10ML oral suspnsyn” adlı dərman vasitəsi yükünün 1 ədədinin(qutunun) dəyəri 1.67 ABŞ dolları olmaqla 3746 ədədinin (qutunun) dəyəri milli valyutaya nisbətdə 10634.89 (on min altı yüz otuz dörd manat səksən doqquz qəpik) manat təşkil edən 6255.82 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan malların istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Şəxs MMC tərəfindən **********1803 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və istifadə edilməklə üzərində sərəncam verilmiş malların ümumi dəyəri 10634.89 (on min altı yüz otuz dörd manat səksən doqquz qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 10634.89 (on min altı yüz otuz dörd manat səksən doqquz qəpik) manat məbləğinin otuz faizi - 3190,47 (üç min yüz doxsan manat qırx yeddi qəpik) manat məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 10634.89 (on min altı yüz otuz dörd manat səksən doqquz qəpik) manat məbləğinin otuz faizini təşkil edən - 3190,47 (üç min yüz doxsan manat qırx yeddi qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1159/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1159/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver