Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1160/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayonu Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh barədə protokol tərtib etmiş şəxs Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,Ə.Vahid küçəsi,ev 1,mənzil 23 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Yasamal rayon məhkəməsinin 2(004)-5172/2017 saylı, 15.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 1145 manat məbləğində borcunu iş üzrə tələbkar X3 xeyrinə ödəməmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, iş yeri barədə yalan məlumatlar verməklə, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də icra məmuru borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, fərdi əməklə məşğul olur, 2017-ci ildən borclu olmasından məlumatı olsa da borcunu ödəyə bilməmişdir, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Yasamal rayon məhkəməsinin 2(004)-5172/2017 saylı, 15.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 1145 manat məbləğində borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan 17.07.2017-ci il tarixli qərardan görünür ki, olan Yasamal rayon məhkəməsinin 2(004)-5172/2017 saylı, 15.05.2017-ci il tarixli icra sənədi üzrə icraatda verilmiş müddət ərzində tələbin könüllü təmin edilməməsi ilə əlaqədar borclunun əmlakının axtarışının elan edilməsi baradə qərar qəbul olunmuşdur İş materiallarında 05.02.2018-ci il tarixli akta əsasən borclunun hansı ünvanda yaşaması barədə heç bir məlumat aşkar edilməmişdir İş materiallarında olan 05.02.2018-ci il tarixli qərara əsasən borclunun faktiki yaşayış yerinin məlum olmaması səbəbindən barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə borcluya borcunun ödənilməsi ilə bağlı vaxt verilməsi təklif edilsə də, hazırda istifadəsində lizinqdə olan avtomobilə görə aylıq 350 manat məbləğində ödəniş etdiyini bildirməklə borcu ödəməkdən imtina etdi. Məhkəmə cəza təyin edərkən həm də borclunun 17.07.2017-ci ildən bu vaxta qədər borcundan heçnə ödəməməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır və həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 avqust 2021-ci il, saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1160/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1160/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver