Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1160/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət Postu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı elektron qərarından şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, şikayət qanunla müəyyən edilmiş 20 günlük müddət daxilində verilmədiyindən şikayət və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.. 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. X1 tərəfindən verilmiş şikayət ərizəsinin mətnindən görünür ki, qərar xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, şikayət verən qanunda nəzərdə tutulan 20 günlük şikayət vermə müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı şikayət ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, lakin müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Buna görə də hesab edirəm ki, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı elektron qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, qeyd edilən inzibati qərarda hadisə 712 saylı pos tərəfindən qeydə alınmışdır ki, Həmin post Yevlax rayonu ərazisindədir. Ona görə də, şikayət verən məhkəməyə müraciət edərkən bunu da nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı elektron qərardan verilmiş şikayəti geri qaytarılsın. X1 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1160/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1160/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver