Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1163/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X5 iclas katibliyi, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, X7 qəsəbəsi, 984 saylı H/H ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, bina 41a, bina 4a, mənzil 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən “0-85 Naxçıvan Süfrəsi” adlı kafedə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 döyməklə “döymə” inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis kapitanı X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “0-85 Naxçıvan Süfrəsi” adlı kafedə Zərərçəkmiş şəxs1 ilə Şəxs arasında şəxsi münasibətlər zəmnində sözlə mübahisə yaranmış və həmin mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Eyni zamanda Şəxs Zərərçəkmiş şəxs1 tərəfindən döyüldüyünü iddia etsə də, araşdırma zamanı üzürlü səbəb göstərmədən məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən boyun qaçırdığından onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması, müsbət halda həmin xəsarətin və ya xəsarətlərin müddətini, yetirilmə mexanizmini və ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Təsvir edilən şəraitdə Şəxs hərəkətlərində cinayət tərkibi yaranmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi inzibati qaydada tutmamış və onu idarəyə dəvət etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Göründüyü kimi, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X2 xx.xx.2024cü il tarixli qərarı ilə Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Lakin Abşeron RPİ-nin İTŞ-də heç bir araşdırma aparılmadan, yəni zərərçəkmiş şəxsin izahatı alınmadan şəxs barəsində protokol tərtib edərək, baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublkası İXMnin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1163/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1163/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver