Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1163/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin EQ seriyalı 26618219 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Bakı şəhər X3 İdarəsinin EQ seriyalı 26618219 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş qaydada verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, təqdim edilmiş materiallara qərarın surəti əlavə olunmadığından və şikayətin forması düz olmadığından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118 və 128-130cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin EQ seriyalı 26618219 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1163/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1163/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver