Məhkəmə qərarları › İş №3(012)-1164/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1164/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1164/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi. Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Qubadlı rayon PŞ-nin nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN Qubadlı rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5484029 saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası DİN Qubadlı rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5484029 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Sumqayıt şəhərində baş vermiş, bu barədə xx.xx.2023-cü il tarixli, İXP5484029 saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası DİN Qubadlı rayon YPX tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatəti iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə iclasında Qubadlı rayon PŞ-nin nümayəndəsi X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs işin aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN Qubadlı rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5484029 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN Qubadlı rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5484029 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar