Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1165/2021 24.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi,ev 17 V ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.8 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X17 Polisindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X17 Polisinin polis mayoru X4 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.8 və 327.1-ci maddələri ilə nəzərdə 24 iyul 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 26.06.2021-ci il tarixdə saat 19 radələrində Şəxs “X18” markalı ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi avtomobillə manevr etmə qaydalarını pozaraq (ara məsafəsi, gözləməyərək) Abşeron rayonu, Saray qəsəbəsi tərəfdən Xırdalan şəhərinə gedən baş yol ilə irəliləyən X3 idarə etdiyi “Hyundai İX35” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə baş vermiş hadisə zamanı “X18” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, digərləri-X9, X5 və X10 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, 20.06.2021.ci il tarixdə saat təxminən 19 radələrində etibarnamə ilə idarə etdiyi lizinq şirkətinə məxsus qara rəngli “X19” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saray qəsəbəsində yerləşən yol ilə Saray qəbiristanlığına keçən zaman ətrafa baxsa da ətrafda maşın görmədiyi üçün gəldiyi kimi, baş yolu gözləmədən qəbiristanlıq yoluna girəndə Saray tərəfdən Xırdalan şəhərinə gedən baş yol ilə irəliləyən ağ rəngli “Hyundai İX35” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 90 km sürətlə gəlib idarə etdiyi avtomobili sağ arxa tərəfdən vurmuşdur. Bu zaman o, idarə etməni itirmiş və maşını qəbiristanlıq daşına dəymiş və onun maşınında əyləşən sərnişinlərin halı pisləşmişdir. Həmin vaxt avtomobilində 4 nəfər sərnişin (qadın) olduğunu, hadisədən əvvəl avtomaşınında hər hansı nasazlıq olmadığını və idarə etdiyi avtomaşınını etibarnaməsiz idarə etdiyini, hadisədən 10 gün əvvəl etibarnamə müddətinin bitdiyini, dərhal sərxoşluq müayinəsindən keçdiyini və sərxoş olmadığını göstərmişdir.O, etdiyi əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Tibbi Ekspertizasının 08.07.2021-ci il tarixdə verilmiş. 1391 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin və sol budun hematomaları, sol dirsək oynağı nahiyəsinin və sağ baldırın qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəmə Tibbi Ekspertizasının 06.07.2021-ci il tarixdə verilmiş 1389 nömrəli rəyindən görünür ki, 1954-cü il təvəllüdlü X6 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-qarın və bel nahiyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə Tibbi Ekspertizasının 06.07.2021-ci il tarixdə verilmiş 1390 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olmuş xəsarətlər - alın- təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə Tibbi Ekspertizasının 06.07.2021-ci il tarixdə verilmiş 1392 nömrəli rəyindən görünür ki, 1980-cı il təvəllüdlü X7 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.06.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Sərxoşluq vəziyyətinin Tibbi müayinəsi aktindan görünür ki, sürücülər X8 və Şəxs hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 09 iyul 2021-ci tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Qeyd edilən Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Qeyd edilən məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd edilən Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmi Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Zərarçəkmiş şəxslər iştirak etmədiyindən onların şikayətinin olub-olmaması müəyyən etmək mümkün olmadı. Ona görə də zərərçəkmiş şəxslərə mülki qaydada şikayət hüququ izah olunmalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini,nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.8, və 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Zərərçəkmiş şəxslərə mülki qaydada şikayət vermək hüququ izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1165/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1165/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver