Məhkəmə qərarları › İş №3(012)-1165/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1165/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1165/2022 04.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X12 katibliyi, X1 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektor müdiri X11 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1 -ci maddəsi ilə MN 1500342-nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 300-manat inzibati cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokola əsasən o, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol vermişdir. 2022-ci ilin iyun ayında onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1 -ci maddəsi ilə tərtib olunmuş MN 1500342- nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş bildiriş poçt vasitəsi ilə ona göndərilmişdir. O, 2013-cü ildə "xxxx" MMC-dən Masazır kəndi ərazisində, Duzlu gölün əks tərəfində yerləşən "xxxx" MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinin ərazisindən 0,2017 ha torpaq sahəsi almışam , həmin torpaq sahəsi mənim mülkiyyətimdədir. Həmin torpaq sahəsini alarkən ona bildirilmişdir ki, torpaq sahəsində təsdiq olunmuş layihədə nəzərdə tutulmuş formada və ölçüdə evlər tikilə bilər, həmin evlərin tikilməsinə "xxxx" MMC-nin nümayəndələri nəzarət edəcəklər. Ona həmin torpaq sahəsində tikiləcək yaşayış kompleksinin təsdiq olunmuş layihəsi, "xxxx" MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinin tikintisinə icazə verilməsi barədə Abşeron RİHB-nın 22 fevral 2008-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Dövlət Torpaq və X4 rayon şöbəsinin "xxxx" MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində yaşayış evlərinin tikilməsinə xx.xx.2008-ci il tarixli razılıq məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 27.052008-ci il tarixli rəyi təqdim olunmuşdur. "xxxx" MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinə “Park Solero” yaşayış kompleksi adı verilmişdir. O, aldığı torpaq sahəsində təsdiq olunmuş layihəyə uyğun olaraq iki mərtəbəli yaşayış evi tikdirmişdir. “Park Solero” yaşayış kompleksinə su, qaz, işıq, kanalizasiya xətləri çəkilmiş, ərazidə yüzlərlə layihəyə uyğun olaraq kotec tipli evlər, villalar tikilmiş, park salınmış, küçələr asfaltlanmış, ərazidə 3000-nə yaxın ağac və gül kolları əkilmişdir, yüzlərlə sakin yaşayış kompleksində tikdirdiyi evlərində yaşayır. O, mülkiyyətində olan torpaq sahəsində müvafiq Dövlət orqanı tərəfindən təsdiq olunmuş layihəyə uyğun ev tikdirərkən heç bir dövlət orqanı ona etiraz etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi heç bir hüquqi araşdırma aparmadan, sənədlər tələb etmədən onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1 -ci maddəsi ilə MN 1500342- nömrəli inzibati xəta haqqında əsassız protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 300 manat inzibati cərimə tətbiq edilmişdir. O, bütün sənədlər əlavə edilməklə xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinə rəsmi müraciət edərək barəmdə tərtib olunmuş protokolun ləğv edilməsini istədim. Məni şöbənin Rəşad adlı əməkdaşı qəbul edərək dinləmiş və məsələnin araşdırılacağını bildirmişdir. Bir müddətdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən ona məktub gəlmiş, məktubda yalnız inzibati xətaların ödənilməsi barədə rekvizitlərin yazıldığı vərəq var idi. O, yenidən rəsmi ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinə müraciət edərək inzibati tənbeh haqqında qərarın surətinin rəsmi qaydada ona və ya vəkilinə göndərilməsini istəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən Vəkilim Vəkil fəaliyyət göstərdiyi 11-saylı Vəkil Bürosuna məktub göndərilmiş və məktubda onun barəmdə tərtib olunmuş inzibati protokol və inzibati tənbeh verilmə barədə qərar haqqında məlumatlar göstərilmişdir, inzibati tənbeh verilməsi barədə qərar isə bu günə kimi ona təqdim olunmamışdır. Vəkil onkoloji xəstəliklə bağlı Türkiyə Respublikasında müalicədə olduğundan 15 iyul 2022-ci ildə Azərbaycana dönmüş və 17.iyul 2022-ci ildə Vəkil Bürosunda rəsmi imza etməklə məktubu qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla ona 300 manat inzibati cərimə tətbiq edilmişdir. 2013-ci ildə aldığı və mülkiyyətində olan torpaq sahəsində 2013-cı ilin noyabr ayında tikdirdiyi evə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh verinə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilərkən həmin torpaq sahəsinin onun mülkiyyətində olması və həmin torpaq sahəsində tikilmiş evin 2013-cı ildə tikilməsi, torpaq sahəsində tikiləcək yaşayış kompleksinin təsdiq olunmuş layihəsi, torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinin tikintisinə icazə verilməsi barədə Abşeron RİHB-nın 22 fevral 2008-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin "xxxx" MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində yaşayış evlərinin tikilməsinə xx.xx.2008-ci il tarixli razılıq məktubu, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2008-ci il tarixli rəyi nəzərə alınmamış və bu sübutların, sənədlərin qüvvədə olması araşdırılmamışdır. Sonda o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektor müdiri X15 bildirdi ki, X2 rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0.2017 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur Məhkəmə iclasının yeri və vaxtı barədə X1 ünvanına bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə X1 iştirakı olmadan baxmağı mümkün hesab edir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki inzibati işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0.2017 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirdiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0.2017 ha kənd təsərrüfatı təyinatlı torpaq X6 mülkiyyətindədir. İş materiallarında olan AN-İ №0367792 saylı, xx.xx.2013-cü il il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0.2017 ha torpaq sahəsi alıcı X6 mülkiyyətinə verir. İş materiallarında olan Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, "xxxx" MMC-yə məxsus Masazır bələdiyyəsi ərazisində yerləşən 16.98 ha torpaq sahəsində fərdi evlərdən ibarət yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 qəsəbəsi ərazisində mülkiyyətində olan 0.2017 ha kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X10 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 247.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Masazır qəsəbəsi ərazisində mülkiyyətində olan 0.2017 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar