Məhkəmə qərarları › İş №3(012)-1165/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1165/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1165/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi. Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Hərbi Şəhərcikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Ramin Abbasov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:20 radələrində Abşeron rayonu, Masazır kəndi, Qarabağlar küçəsində olan torpaq sahəsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, Masazır qəsəbəsində 0,04 ha torpaq sahəsinin olmasını və həmin torpaq sahəsininin bir hissəsim Ayşən adlı qadına 2500 manata satmasını və bir hissəsini dostu Mehmana vermişdir. xx.xx.2024-cü il tarixdə Pərviz adlı şəxs ona zəng edərək Ayşənin sözügedən torpaq sahəsinin ona satılan hissəsindən artığını hasara almışdır Həmin günün saat 14 radələrində o, sözügedən torpaq sahəsinə getmiş və Ayşənə satdığı torpaq sahəsindən artıq torpaq sahəsim hasara almasını və qapını bağlamasını görüb ona öz iradını bildirdiyi zaman aralarında mübahisə yaranmışdır. Bu zaman Ayşənin bacısı Təranə daşla onun kürək nahiyəsindən zərbə vurmuşdur. O, hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, bacısı Ayşən 8 ay bundan əvvəl Nurəddin adlı şəxsdən Masazır qəsəbəsi, Qarabağlılar küçəsində 2 sota yaxın torpaq sahəsini 5500 manat almış, lakin sonradan tanımadığı şəxslə birlikdə gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. Bununla əlaqədar bacısı ilə Nurəddin arasında dava-dalaş olmuşdur.. Sözlə Nurəddinlə mübahisəsi olsa da nə o, Nurəddini nə də, Nurəddin onu vurmamışdır. Hazırda Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-X10 X5" X9 xx.xx.2024cü il tarixli 664 saylı “canlı şəxsin ekspertizası” barədə verilmiş ekspert rəyindən görünür ki,

1. vətəndaş 1991-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət -sağ said nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümükündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibatı tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir; Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X6 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati icraat aparılan Şəxs oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin 21-ci PB-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlılar küçəsində yaşayan X4 xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsində yaşadığı evdə Nurəddin və Mehman adlı şəxslərin onu döyməsini bildirərək, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-X10 X5" X9 xx.xx.2024-cü il tarixli 664 saylı “canlı şəxsin ekspertizası” barədə verilmiş ekspert rəyinə əsasən qərarın nəticə hissəsində şikayətçinin (zərərçəkmiş şəxsin) adı X1 göstərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, toplanmış materiallar arasında ziddiyyətlər mövcud olduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dizpozisiyasında göstərilən döymə faktını təsdiq edən sənədlər və digər sübutlar məhkəməyə təqdim olunmadığından, iş üzrə natamam araşdırma aparıldığından, konkret olaraq hadisənin hansı tarixdə və kimə qarşı törədilməsi müəyyən edilmədiyindən, Şəxs olğlununn X3 qarşı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun təqsirliliyi sübuta yetirilmir. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə aparılmış araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar