Məhkəmə qərarları › İş №3(012)-1166/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1166/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1166/2020 01.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, şikayətçi X1 və 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının iştirakı ilə 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X1 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə tənbeh edilərək 5000 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci km-də nəqliyyatın hərəkətinin sərbəstliyinin təmin edilməsi üçün yolun genişləndirilməsi işləri ilə əlaqədar yerüstü piyada keçidindən Masazır dairəsinə qədər hissədə tikinti layihəsi altna düşən yaşıllıqların zədələnməsi və tikintinin təcili getməsi üçün leylandra ağacları İdarəsi tərəfindən köçürülmüşdür. 4 saylı Regional Ekologiya və X5 Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi olan mənim haqqımda xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar vermişdir. Nəticədə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qanunsuz olmuşdur. Biz ağacları qanun və qaydalara uyğun olaraq köçürmüşdür. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin M.K.T.İ.İ.T.B.-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi X2 4 saylı Regional Ekologiya və X3 xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən 5000 manat məbləğində inzibati cərimə edilmişdir. Onun barəsində olan qərar qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyə əsasən ağacların köçürülməsi barədə ekspert rəyi alınmalıdır. Ekspert rəyi verildikdən sonra ağaclar köçürülməlidir. Burada uyğun ekspert rəyi olmuşdur. Lakin həmin rəy ağaclar köçürüldükdən sonra verilmişdir. Bundan başqa şikayətçi qərardan qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra şikayət vermişdir. 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən şikayətçi barəsində tərtib edilmiş protokola baxılacağı barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilsədə, şikayətçi gəlməmiş, xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar əsaslıdır və qanunidir. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ER-22/73 saylı Ekoloji Ekspertiza rəyinin surətindən görünür ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci km-də nəqliyyatın hərəkətinin sərbəstliyinin təmin edilməsi üçün yolun genişləndirilməsi işləri ilə əlaqədar yerüstü piyada keçidindən Masazır dairəsinə qədər hissədə tikinti layihəsi altna düşən yaşıllıqların ərazidən köçürülməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şikayətçi Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X2 heç bir qayda pozmamasını göstərsə də 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ER-22/73 saylı Ekoloji Ekspertiza rəyinin sürətindən görünür ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci km-də nəqliyyatın hərəkətinin sərbəstliyinin təmin edilməsi üçün yolun genişləndirilməsi işləri ilə əlaqədar yerüstü piyada keçidindən Masazır dairəsinə qədər hissədə tikinti layihəsi altna düşən yaşıllıqların zədələnməsi və tikintinin təcili getməsi üçün leylandra ağacları müvafiq ekspertiza rəyi alınmamış İdarəsi tərəfindən köçürülmüşdür. Məhkəmədə müəyyən edimişdir ki, 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X1 Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib 5000 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X2 Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib, 5000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Abşeron rayon İHB-in MKTİİTB-in Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi X1 Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib 5000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekolojiya və Təbbi Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan X1 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar