Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1166/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 01 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən qəbul edilmiş 01 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X1 rayonu, Mehdiabad qəsəbəsində mühafizəsində olan 0,059 ha ehtiyat fondu torpaqlarında məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X7 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 247.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında iştirak edən X3 vəkili X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə MN 1500339-nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 300 manat inzibati cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokola əsasən o, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol vermişdir.2022-ci ilin iyun ayında onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1ci maddəsi ilə tərtib olunmuş MN 1500339- nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş bildiriş poçt vasitəsi ilə ona göndərilmişdir. O, 2014-cii ildə İnvesta MMC-dən Masazır kəndi ərazisində duzlu gölün əks tərəfində yerləşən İnvesta MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinin ərazisindən 0.059 ha torpaq sahəsi almışam, həmin torpaq sahəsinin mənim mülkiyyətimdə olması barədə mənə Azərbaycan Respublikası ƏMDKY DƏDRX-i hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestirindən xx.xx.2016-cı il tarixdə seriya RX 0582787-saylı çıxarış verilmişdir. O, həmin torpaq sahəsini alarkən mənə bildirdilər ki, torpaq sahəsində təsdiq olunmuş layihədə nəzərdə tutulmuş formada və ölçüdə evlər tikilə bilər, həmin evlərin tikilməsinə İnvesta MMC-nin nümayəndələri nəzarət edəcəklər. Ona həmin torpaq sahəsində tikiləcək yaşayış kompleksinin təsdiq olunmuş layihəsi, İnvesta MMC-nin mülkiyyətində olan 16.98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinin tikintisinə icazə verilinəsi barədə Abşeron RİHB-nın 22 fevral 2008-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin İnvesta MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində yaşayış evlərinin tikilməsinə xx.xx.2008-ci il tarixli razılıq məktubu, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 27.052008-ci il tarixli rəyi təqdim olundu. İnvesta MMC-nin mülkiyyətində olan 16,98 ha torpaq sahəsində tikilməkdə olan yaşayış kompleksinə Park Solero yaşayış kompleksi adı verildi, mən aldığım torpaq sahəsində təsdiq olunmuş layihəyə uyğun olaraq iki mərtəbəli yaşayış evi tikdirmişdir. Park Solero yaşayış kompleksinə su, qaz, işıq, kanalizasiya xətləri çəkilmiş, ərazidə yüzlərlə layihəyə uyğun olaraq kotec tipli evlər, villalar tikilmiş park salınmış, küçələr asfaltlanmış, ərazidə 3000-nə yaxın ağac və gül kolları əkilmişdir, yüzlərlə sakin yaşayış kompleksində tikdirdiyi evlərində yaşayır. O, mülkiyyətində olan torpaq sahəsində miivafıq Dövlət orqanı tərəfindən təsdiq olunmuş layihəyə uyğun ev tikdirərkən heç bir dövlət orqanı ona etiraz etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi heç bir hüquqi araşdırma aparmadan, sənədlər tələb etmədən onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında əsassız protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN 12963 15 nömrəli qərarla 300-manat inzibati cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İlkin məhkəmədə iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X2 protokolla eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2022-ci il tarixli protokoldan görünür ki, X1 rayonu Masazır kəndində mülkiyyətində olan 0,059 ha ehtiyat fondu torpaqlarında məqsədli təyinatını dəyişdirmədən tikinti aparılmaqla başqa məqsədlər üçün istifadə edir. Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən və aktdan da torpaq sahəsində qazıntı işlərinin aparılması, torpaq sahəsi üzərində daşdan tikilmiş tikilinin olması görünür. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonu, Masazır kəndində mülkiyyətində olan 0,059 ha ehtiyat fondu torpaqlarında məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1 -ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: - kənd təsərrüfatı təyinatlı torpaqlar; - yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; - xüsusi qorunan ərazilərin torpaqları; - meşə fondu torpaqları; - su fondu torpaqları; - ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X3 paylı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,059 ha torpaq sahəsi ehtiyat fondu torpaqlar kateqoriyasına aiddir. Qanunvericiliyin tələblərinə görə bu qəbildən olan torpaqların istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. X3 isə mülkiyyətində olan ehtiyat fondu torpaq sahəsində qazıntı işlərinin aparması, əsaslı tikili tikərək torpağın təyinatını dəyişdirməsi və torpağın münbit qatını korlaması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X7 barəsində qəbul edilmiş 01 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Həmçinin həmin qərarla xəta törətmiş şəxs İXM-nin 247.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X4 barəsində qəbul edilmiş 01 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1166/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1166/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver