Məhkəmə qərarları › İş №3(012)-1168/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1168/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1168/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, X1nın iştirakı ilə Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Polis İdarəsinin DYPİ video müşahidə kamerası vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə İXP ******* nömrəli protokolu əsasında verilmiş qərarla Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir. 2020-ci ilin iyul ayının 7-də işdən çıxıb Sumqayıt şəhərində faktiki olaraq yaşadığı evə gələrkən Saray qəsəbəsi ərazisində Bakı-Sumqayıt yolunun 23-cü kilometrliyində Dövlət X9 kameraları vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün inzibati cərimə olunmuşdur. Əmək və X4 Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyir. Agentlikdə işləyən bütün əməkdşalr kimi onun da iş icazəsi icazə portalında olmuşdur. İş icazəsinin və şəxsi avtomobilinin icazə portalında qeydiyyatdan keçməsinə baxmayaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə cərimə yazılmışdır. Buna görə Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri həmin Qərarının 1.3-cü hissəsinə əsasən “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. İşə əlavə edilmiş, icazələrin Alınması və Monitorinqi Sisteminin arayışından görünür ki, X2 ölkə ərazisi üzrə “icaze.e-gov.az” portalında icazəsi vardır. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati qərar qəbul edilərkən X2 qərarda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Buna baxmayaraq X2 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan və icazələrin Alınması və Monitorinqi Sisteminin arayışından görünür ki, X2 respublika ərazisində qarantin rejimi ilə əlaqədar X5 X6 Alınması və Monitorinqi Sistemində ölkə ərazisində hərəkət etməyə icazəsi olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarda isə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, 200 manat məbləğində inzibati cərimə etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olduğu halda X3 inzibati cərimə etmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinin tələbinə görə də şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında qərar qəbul olunması üçün əsasdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Polis İdarəsinin DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar