Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1168/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İbrahimov Bəhram İqrar oğlu katibliyi Prortokol tərtib etmiş: X7 Patrul Xidməti inspektoru, polis serjantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X7 Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş 12 may 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş X7 Patrul Xidməti inspektoru, polis serjantı Rövşən Rəşidov məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələlərində idarə etdiyi “MİNİ COOPER minik” markalı, “** NO ***” dövlət qeydiyyat nişanlı avtomobilin əyləcindən istifadə edərək, mexaniki nəqliyyat vasitəsini qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılması ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən edilərək, sürücü barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirmişdir ki, 11 may 2025-ci il tarixdə, təxminən saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində dostunun toy kortejinə qoşulmuş və o, idarə etdiyi “MİNİ COOPER minik” markalı, “** NO ***” dövlət qeydiyyat nişanlı avtomobili qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmişdir. Səhəri gün, yəni 12 may 2025-ci il tarixdə Abşeron X1 zəng gələrək, idarəyə gəlməli olduğu bildirildikdə, o, könüllü olaraq şöbəyə gəlmiş, orada hüquq və vəzifələri izah olunduqdan sonra etdiyi xuliqanlıq hərəkətləri ilə bağlı videogörüntülər baxılması üçün ona təqdim edilmişdir. O, hazırda törətdiyi inzibati əməldən peşmandır, himayəsində azyaşlı körpəsi vardır, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 12 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs oğllu xx.xx.2025-ci il tarixdə saat 18:00 radələlərində idarə etdiyi “MİNİ COOPER minik” markalı, “** NO ***” dövlət qeydiyyat nişanlı avtomobilin əyləcindən istifadə edərək, mexaniki nəqliyyat vasitəsini qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılması ilə müşayiət olunan hərəkətlər etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;
2. Hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələlərində idarə etdiyi “MİNİ COOPER minik” markalı, “** NO ***” dövlət qeydiyyat nişanlı avtomobilin əyləcindən istifadə edərək, mexaniki nəqliyyat vasitəsini qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılması ilə müşayiət olunan hərəkətlər edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir;
3. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 26 mart 2024-cü il təvəllüdlü X5 adlı uşağı vardır.
Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm özününü etirafedici izahatında, həm də inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan hərəkətlərə yol verdiyindən səlahiyyətli orqan tərəfindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim olunmuş videogörüntülər olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, həmin videogörüntülərdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan hərəkətlərə yol verməsi aşkar olaraq öz əksini tapmışdır.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır; 33-cü maddəsində göstərilən inzibati xətaya görə əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşman olmasını, həmçinin himayəsində azyaşlı körpəsinin olmasını, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası şəxsin qeydiyyat yeri üzrə icra qurumuna, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov