Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1169/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Seyidov Şəxs, Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba rayonu, Amsar- Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Seyidov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Seyidov Şəxs 3850 (üç min səkkiz yüz əlli) manat aliment borcunu tələbkar Seyidova Zöhrə Aydın qızına ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin xx.xx.2018-ci il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Seyidov Şəxs aliment borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Seyidov Şəxs izahat verərək bildirdi ki,Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Seyidova İnci Şəxs qızının yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment olmaqla cəmi 154 manat aliment borclu Seyidov Şəxs tutularaq tələbkar Seyidova Zöhrə Aydın qızına verilməsi qət olunmuşdur. Belə ki, hal-hazırda maddi vəziyyəti ağır olduğundan alimenti ödəyə bilmir. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Seyidov Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Sumqayıt şəhər Məhkəməsinin2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən aliment borcu tərəflərin birgə nikahından olmuş xx.xx.2014-cü il təvəllüdlü Seyidova İnci Şəxs qızının yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment olmaqla cəmi 154 manat aliment borcunun Seyidova Zöhrə Aydın qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Seyidov Şəxs aliment borcundan 1000(bir min) manat ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Seyidov Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Seyidov Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Seyidov Şəxs tələbkar Seyidova Zöhrə Aydın qızına qalan borcunu hissə-hissə ödəyəcəyini vəd edir. Məhkəmə hesab edir ki,Seyidov Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Seyidov Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Seyidov Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Seyidov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Seyidov Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1169/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1169/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver