Məhkəmə qərarları › İş №3(012)-1169/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1169/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1169/2021 03.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, “AVT LOGİSTİCS» MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt regional ərazi şöbəsindən onun barəsində qəbul edilmiş inzibati xəta haqqında 24 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt regional ərazi şöbəsindən onun barəsində qəbul edilmiş inzibati xəta haqqında 24 iyun 2021-ci il tarixli, MN ******* saylı şikayəti Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə balanmış əmək müqaviləsinə xitam verilməsindən sonra X3 Sumqayıt Regional ərazi şöbəsinə etdiyi müraciəti əsdasında həmin ərazi şöbəsi tərəfindən tərəfindən barəsində inzibati tənbeh vermə haqqında 24.06.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdi. Qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması əsası ilə 1500 (min beş yüz) manat cərimə edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X7 yuxarı orqan olaraq şikayət vermişdir. Şikayətə baxılarkən həmin orqanda nümayəndəsi iştirak etmiş, müvafiq izahatlar vermiş, aidiyyatı sənədlər və məlumatlar təqdim edilmişdir. X9 Xidmətinin 22 iyul 2021-ci il tarixli, **********6/21 saylı İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında Qərarı "xxxx" MMC-yə 28 iyul 2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Hesab edir ki, X3 22 iyul 2021-ci il tarixli, **********6/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, bununla da barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, adı çəkilən qərarı qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) işin ədalətli həlli üçün –hərtərəli araşdırma aparmamış, işin bütün hallarını müəyyənləşdirməmiş, nümayəndəsi tərəfindən verilmiş izahatları lazımi qaydada qiymətləndirməmişdir. Eyni zamanda barəsində şikayət verdiyi qərarda istinad edilən inzibati xətanın törədilməsi, yəni X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 107 saylı, 10.03.2021-ci il tarixli əmrin verilməsindən 3 aydan çox vaxt keçdikdən sonra 24 iyun 2021-ci il tarixli. MN ******* saylı İnzibati xəta haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi istinad olunan inzibati xətanın törədilməsi tarixindən sonrakı 3 aylıq müddət 10 iyun 2021-ci il tarixində tamam olmuşdur. Buna baxmayaraq, X9 Xidməti tərəfindən bu hala diqqət yetirməmiş, X3 Sumqayıt regional ərazi şöbəsi tərəfindən pozuntu ilə qəbul edilmis inzibati tənbeh vermə haqqında 24.06.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Qərar onlara rəsmi olaraq 28.07.2021-ci il tarixdə təqdim edilmişdir. Şikayət verən "xxxx" MMC-nin nümayəndəsi və vəkili X11 şikayətlə eyni məzmunlu ifadə verməklə barəsində qəbul olunmuş 24.06.2021 -ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə lazımi qaydada məlumat verilsə və məhkəmə prosesi məhz bu səbəbdən təxirə salınsa də, məhkəməyə nümayəndəsi gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarı qəbul edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli, 24 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, işə götürən tərəfindən X1 əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək 1 ay müddət ötürülmüş və nəticədə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Bunun əsasında "xxxx" MMC-nin direktoru X12 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. İş materiallarında olan 10 mart 2021-ci il tarixli əmrdən görünür ki, "xxxx" MMC-nin nəqliyyat direktorluğu, istismar departamenti, MDM nəqliyyat şöbəsi, yük avtomobilinin sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 10 mart 2021-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Bilge Çağlayan barəsində Xidmətin Sumqayıt regional ərazi şöbəsinin 24 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsəasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Bilge Çağlayan tərəfindən X2 əmək hüquqlarının pozulması barədə müraciətə baxılmış, əldə olunmuş sənədlər əsasında işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi faktı aşkar edilmiş və 24 iyun 2021-ci' ii tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Bilge Çağlayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Eni zamanda müəyyən edilmişdr ki, AVT Logistics” MMC-nin direktoru Bilge Çağlayan tərəfindən X6 barəsində 15.12.2020-ci il tarixli, 226 nömrəli və 06.01.2021-ci il tarixli, 10 nömrəli əmrlərlə xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehləri verilmişdir. Daha sonra Vidadi İsmayıllının izahatı alınaraq vəzifə öhdəliklərini pozduğundan barəsində lazımi tədbirlər görülməsi məqsədi ilə 29.01.2021-ci il tarixdə təqdimat hazırlanmış və 10.03.2021-ci il tarixli, 107 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi inzibati xətanın törədilməsi 10 mart 2021-ci il tarixli əmrdir. Hazırki halda inzibati xəta uzanan inzibati xəta hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi AVT Logistics” MMC-nin direktoru Bilge Çağlayan tərəfindən X6 barəsində 15.12.2020-ci il tarixli, 226 nömrəli və 06.01.2021-ci i! tarixli, 10 nömrəli əmrlərlə xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehləri verilmişdir. Daha sonra Vidadi İsmayıllının izahatı alınaraq vəzifə öhdəliklərini pozduğundan barəsində lazımi tədbirlər görülməsi məqsədi ilə 29.01.2021-ci il tarixdə təqdimat hazırlanmış və 10.03.2021-ci il tarixli, 107 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi inzibati xəranın törədilməsi 10 mart 2021ci il tarixli əmrdir. X9 isə həmin əmrə münasibətdə 24 iyun 2021-ci il tarixli inzibati xəta haqında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə qanunda nəzərdə tutulmuş 3 aylıq müddət keçdiyindən qərar ləğv edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq müddət keçdiyindən şikayət təmin edilməli, MN ******* nömrəli, 24.06.2021-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : "xxxx" MMC-nin direktoru Bilal Çağlayanın şikayəti təmin edilsin. "xxxx" MMC-nin direktoru Bilal Çağlayan barəsində X9 Sumqayıt Regional Ərazi şöbəsi tərəfindən qəbul edilmiş 24 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar