Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1173/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətdiyi hesab edilərək inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli qərar çıxarılaraq elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilmişdir. Lakin tələb etməyinə baxmayaraq həmin inzibati xəta barədə protokol və ya qərarın surəti ona verilməmişdir, Həmçinin bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Qeyd edilən inzibati xəta barədə məlumatla “asanpay.az” elektron portalındakı şəxsi elektron kabinetində tanış olmuşdur. Buna görə Azərbaycan Respublikası DİN-in tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 DİN-in xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından razı olmadığını bildirərək, izahatında karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olduğunu bildirmişdir. Halbuki, şikayətçinin xx.xx.2020-ci il tarixdə karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olmamış, olması barədə sənəd təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında təklif edilməsinə baxmayaraq, şikayətçi xx.xx.2020-ci il tarixdə karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olması barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, DİN-in Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə tətbiq edilməsinə dair DİN-in xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan X2 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov Surəti Azərbaycan Respublikası adından QƏRAR ABŞERON RAYON MƏHKƏMƏSİ Xırdalan şəhəri İş № 3(012)-1286/2020 xx.xx.2020 hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimindən əvvəl getdiyi Qəbələ rayonunda qardaşının mülkiyyətində olan evdən faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən məcburi köçkün kimi qeydiyyatda olduğu evə qayıdarkən Bakı-Şamaxı magistralında qurulmuş 3 nömrəli Karantin postunda YPX əməkdaşı sistemdə icazəsi olan MERCEDES BENZ C200 markalı, ** NH *** qeydiyyat nömrəli avtomobilində barəsində İXP ******* saylı protokol (İXP211.1-ci maddə ilə) tərtib etmişdir. Bu protokolun tərtib olunmasına etiraz etsə də və ya geri qayıtmağını təklif etsə də inspektor razılaşmamış və protokolu elektron tərtib edərək şikayət yazmağına da şans verməmişdir. Protokola etirazını bildirmək üçün yuxarı instansiyalarda baxılması üçün Daxili işlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə baxılaraq xx.xx.2020-ci il tarixli, ***-*******-3220 saylı məktubda protokoldan narazı qaldığı təqdirdə müvafiq məhkəməyə şikayət etmək hüququ olduğu qeyd olunmuşdur. YPX inspektoru karantin postunda qanuni və məntiqi səbəb göstərmədən, öz versiyalarını sübuta yetirmədən karantindən öncə getdiyi bölgədən yaşadığı ünvana qayıdarkən barəsində 200 manat məbləğində cərimə edilməyi ilə balğı qərar çıxarmışdır. Buna görə Azərbaycan Respublikası DİN-in tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 BDYPİ-in xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından razı olmadığını bildirərək, izahatında evdən çıxmağa icazəsi olduğunu bildirmişdir. Halbuki, Bakı-Şamaxı magistralında qurulmuş 3 nömrəli Karantin postunda şikayətçi xx.xx.2020-ci il tarixdə karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olmamış, olması barədə sənəd təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında təklif edilməsinə baxmayaraq, şikayətçi xx.xx.2020-ci il tarixdə karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olması barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, BDYPİ-in Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat inzibati cərimə tətbiq edilməsinə dair BDYPİ-in xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan X2 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: İmza var Vaqif Həsənov Düzdür. Məhkəmənin hakimi: Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2020-ci il № 3(012)-1286/2020 Azərbaycan Respublikası DİN-in BDYPİ-nə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, döngə 03, ev 05-də - şikayətçi X3 X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə tətbiq edilməsinə barədə Azərbaycan Respublikası DİN-innin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti ______vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1173/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1173/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver