Məhkəmə qərarları › İş №3(012)-1173/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1173/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1173/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Salatın Etibar qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura” Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura” Komitəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə MN ******* nömrəli, 22 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə Pirəkəşkül qəsəbəsində qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən olunmuş müddətdə komitəyə təqdim edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə “inzibati xəta haqqında” protokol tərtib etmiş Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura” Komitəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 9 saylı “Tikinti obyektinin istismarına verilmiş icazəyə əsasən "xxxx" MMC-nin icarəsində olan 0,112 ha torpaq sahəsində 2 girişli mərtəbəli qeyr-yaşayış ticarət obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini X1, 1 saylı ərazi sektorunun böyük məsləhətçisi X2 və 4 saylı ərazi sektorunun baş məsləhətçisi X3, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli 3-35/3-1-62/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixindən 15 (on beş) gün müddətində Abşeron rayonunun inzibati ərazisində rayon icra hakimiyyəti tərəfindən şəhərsalma fəaliyyəti sahəsində aparılan işlər səyyar qaydada araşdırılmışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura” Komitəsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizəyə əsasən tikintisinə və istismarına icazə verilən tikinti obyektlərinə dair sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi ona rəsmi olaraq həvalə olunsa da iş qrafikinin yüklüyünün çox olmasına görə aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları Tkintilərin Dövlət Reyestrinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura” Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə Pirəkəşkül qəsəbəsində qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən olunmuş müddətdə komitəyə təqdim edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib nissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetırilməməsı və ya lazımınca yerinə yetirılməməsi ilə bağlı inzibati xətalara görə inzibatı məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə va müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifəli xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 9 saylı Obyektin Tikintisinə icazə sənədinə əsasən "xxxx" MMC-nin icarəsində olan 0,112 ha torpaq sahəsində 2 girişli mərtəbəli qeyr-yaşayış ticarət obyektinin tikintisinə icazə ilə bağlı məlumatlar vəzifəli şəxs olan Şəxs tərəfindən qanunla müəyyən olunmuş müddətdə reyestrə təqdim edilmədiyi üçün o, inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar