Məhkəmə qərarları › İş №3(012)-1175/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1175/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1175/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X1 rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylıinzibati xəta haqqında protokoldan Abşeron Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, protokolun əsassız hesab olunması və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X2 şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi X4 barəsində protokol tərtib edilsə də, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmişdir. Digər tərəfdən mövcud inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X4 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda, inzibati xəta haqqında protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar