Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1175/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X17 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2257/2024, e-2(006)-2457/2023 saylı və e-2(006)-2457/2023 saylı icra sənədləri üzrə Şəxs hər ay 400 manat aliment, 10200 manat və 912 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri üzrə 9812 manat pul vəsaiti ödənilməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi zəruridir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 1400 manat borcdan 600 manatını ödəmişdir. Martda 400 manat, apreldə 400, bu gün də 400 manat ödəniş etmişdir. Borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X10 izahat verərək bildirmişdir ki, borclu Şəxs şikayətçidir. Alimentdən hər ay 200-300 manat ödəyir. Lakin əvvəlki borcdan ödəniş etməmişdir. Borcun tam ödənilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X16 inzibati həbslə bağlı olmayan inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2257/2024 saylı icra sənədinə əsasən iddia qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-5140/2022 saylı qətnaməsi ilə 24 iyul 2007-ci il təvəllüdlü X11 və 08 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, cavabdeh Şəxs 24 iyul 2007-ci il təvəllüdlü X11 və 08 oktyabr 2013-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulmasının hesablanması, iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2457/2023 saylı icra sənədinə əsasən birgə nikah dövründə əldə edilən “Mercedes Benz 612D” yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı və “Mercede Benz 240” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində iddiaçı Zərərçəkmiş şəxs ½ hissədə pay hüququ tanınması və həmin nəqliyyat vasitələrinin satışından əldə olunan 7500 manat və 2500 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərci, 50 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində vəkil xərci, ümumilikdə 200 manat məbləğində vəsait cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-255/2024 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi fərdi yaşayış evində faktiki yaşayan borclu Şəxs borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bir neçə sənədin ümumi icraatda birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2257/2024 saylı xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2457/2023 saylı xx.xx.2023-cü il, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2457/2023 saylı xx.xx.2023-cü il icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2457/2023 saylı icra sənədinə əsasən "xxxx" ASC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-Y-2-0-1822-21 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 1824 manat məbləğində pulun ½ hissəsi, yəni 912 manatı Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işləri üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-378/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutuımuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq eidlmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2257/2024, e-2(006)-2457/2023 saylı və e-2(006)-2457/2023 saylı icra sənədləri üzrə Şəxs hər ay 400 manat aliment, 10200 manat və 912 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri üzrə 9812 manat pul vəsaiti ödənilməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2257/2024, e-2(006)-2457/2023 saylı və e-2(006)-2457/2023 saylı icra sənədlərinin icrası üzrə borcunu ödəməmişdir. Məhkəmə bu səbəblə də, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 (otuz üç) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o 16 (on altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 17:45 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 (otuz üç) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(012)-1175/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1175/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver