Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1176/2020 06.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis kapitanı X2 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ələkbərov küçəsi, 33 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarının çöl tərəfində quraşdırılmış, 200 manat dəyərində qaz sayğacını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Riyad ticarət mərkəzində Zərərçəkmiş şəxs4 məxsus əl arabasını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən meyvə tərəvəz mağazasında işləyən Zərərçəkmiş şəxs2 50 manat pul əskinası göstərib, taksini yola salmaq adı ilə sonuncudan 01 ədəd 20 manatlıq, 02 ədəd 10 manbatlıq və 02 ədəd 5 manatlıq pul əskinasını alaraq, avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaqla dələduzluq etmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus BMW 318 markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırmaqla, avtomobildən 15 manat pulu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə X1 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsi, 121 saylı evdən 90 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis kapitanı X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan X6 polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus evin hasarının çöl tərəfində quraşdırılmış qaz sayğacı, Zərərçəkmiş şəxs4 polis idarəsinə ərizə ilə müraciət edərək, Riyad ticarət mərkəzində ona məxsus əl arabasının, Zərərçəkmiş şəxs2 polis idarəsinə ərizə ilə müraciət edərək, işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən meyvə tərəvəz mağazasında ona 50 manat pul əskinasını göstərib, taksini yola salmaq adı ilə ondan 01 ədəd 20 manatlıq, 02 ədəd 10 manbatlıq və 02 ədəd 5 manatlıq pul əskinasını alaraq, avtomobilə əyləşib həmin yerdən uzaqlaşması, Zərərçəkmiş şəxs3 polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus BMW 318 markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırmaqla, avtomobilindən 15 manat pulunun, X4 polis idarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsi, 121 saylı evindən 01 ədəd qızıl üzüyünün oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluqların Abşeron rayonu, Xırdalan şəhəri, M.Ələkbərov küçəsi, 33 saylı evdə yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Pula ehtiyacı olduğundan qeyd olunan oğurluqları törətmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 005484 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 22:10-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1176/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1176/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver