Məhkəmə qərarları › İş №3(012)-1176/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1176/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1176/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Barəsində inzibati qaydad icraat aparılan şəxs X2 və X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Abşeron rayon Prokurorluğu tərəfindən X5 İdarəsinin sahə rəisi X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 20 iyun 2023-cü il tarixli qərarına və toplanmış materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Prokurorluğu tərəfindən X5 İdarəsinin sahə rəisi X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanmış material Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati qaydad icraat aparılan şəxs X6 izahatında bildirdi ki, Abşeron rayon Prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar ona təqdim olunmamışdır. Məhkəmə iclasında X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 barəsində inzibati qaydad icraat aparılan şəxs X6 izahatında göstərdiyi xüsusatları təqdiq etdi. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, Abşeron rayon Prokurorluğu tərəfindən X5 İdarəsinin sahə rəisi X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanmış material geri qaytarılmalıdır.Belə ki, qeyd edilən qərarın nə barəsində inzibati xəta haqqında icraat aparılan X5 İdarəsinin sahə rəisi X3, nə də iş üzrə zərərçəkənlərə təqdim olunduğu müəyyən edilmir, zərərçəkənlər haqqında məlumatlar qeyd edilməmiş, onların məhkəmədə iştiraklarını təmin etmək mümkün deyil, Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikasının İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Belə ki, X5 İdarəsinin sahə rəisi X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın X3 və Zərərçəkmiş şəxs təqdim edilməsi barədə rəsmi sənəd materiala əlavə olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Abşeron rayon Prokurorluğu tərəfindən X5 İdarəsinin sahə rəisi X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 20 iyun 2023-cü il tarixli qərarı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar