Məhkəmə qərarları › İş №3(012)-1176/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1176/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1176/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkarın nümayəndəsi: X5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X6 iştirakları ilə xx xxx 1988-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbə qəsəbəsi, Səməd Vurğun küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 13 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. 13 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra vərəqəsinə əsasən ərizə qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı “nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması, birgə nikah dövründə əldə edilmiş əmlakən bölgüsü və aliment” tələbinə dair tələbi barədə mülkü iş üzrü yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 manat miqdarında aliment tutulub Zərərçəkmiş şəxs verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə 09 yanvar 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. 04 aprel 2025-ci il tarixdə icra məmurlarının, tələbkarın və hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və oradada yaşamaması barədə akt tərtib edilmişdir. Bundan sonra borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 04 aprel 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Qərəzli şəkildə öhdəliyin icrasından yayınan borclu Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təmin edilmiş, o müxtəlif bəhanələr gətirərək, aliment öhdəliyinin icrasından yayınmasına haqq qazandırmağa çalışmışdır. Borclunun icra vərəqəsi üzrə 13 may 2025-ci il tarixə olan yaranmış borcu 2820 manat təşkil edir. 13 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Murad Rəhimov izahat verərək bildirdi ki, Şəxs barəsində olan icra vərəqi üzrə borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. 13 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, ona borcun ödənilməsi üçün qısa müddət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov bildirdi ki, borclu ona verilən müddət ərzində icra vərəqəsi üzrə yaranmış borcdam 1500 manat ödəyərək, digər aylar üzrə hər ay cari alimentdən əlavə olaraq 300 manat məbləğində pul ödəməsi barədə tələbkarla aralarında razılıq əldə etmişlər. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Murad Rəhimov əlavə olaraq izahat verərək bildirdi ki, Şəxs ona verilmiş müddətdə icra vərəqəsi üzrə yaranmış borcdan 1500 manat ödəmiş, qalan borcu isə hər ay 300 manat olmaqla hissə-hissə ödəməsi barədə aralarında razılıq əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əlavə olaraq izahat verərək bildirdi ki, Şəxs ona verilmiş müddətdə icra vərəqəsi üzrə yaranmış borcdan 705 manat ödəmiş, qalan borcu isə hər ay 1000 manat olmaqla hissə-hissə ödəməsi barədə aralarında razılıq əldə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, hazırda həmin borcdan 1500 manat pul ödəmiş, qalanın isə hər ay hissə-hissə ödəməsi barədə tələbkarla razılığa gəlmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 məhkəmə iclasında iştirak etməklə, hüquqlarını müdafiə etdiyi şəxsin ona verilmiş vaxt ərzində borcundan ödəniş edərək tələbkarla barışığa gəlməsini bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra vərəqəsinə əsasən ərizə qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı “nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması, birgə nikah dövründə əldə edilmiş əmlakən bölgüsü və aliment” tələbinə dair tələbi barədə mülkü iş üzrü yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 manat miqdarında aliment tutulub Zərərçəkmiş şəxs verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır;

2. Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra vərəqəsi 09 yanvar 2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmaqla, icraata başlama haqqında qərar qəbul edilmişdir.

3. Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra vərəqəsi ilə əlaqədar 04 aprel 2025-ci il tarixdə icra məmurlarının, tələbkarın və hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və oradada yaşamaması barədə akt tərtib edilmişdir;

4. Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra vərəqəsi ilə əlaqədar borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 04 aprel 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir;

5. Zərərçəkmiş şəxs nümayəndəsi X5 məhkəməyə ünvanlandığı 30 may 2025-ci il tarixli ərizədən görünür ki, borclu ilə aralarında razılığa gəlindiyindən sonuncudan şikayətçi olmadığını və onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir;

6. Şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o, 2820 manat yaranmış borcundan 1500 manat ödəmiş, qalıq 1320 manat aliment borcunu hər ay ödəyəcəyi 705 manat alimennt borcuna əlavə 300 manat ödəməklə bağlayacağını bildirmişdir.

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə həmçinin tələbkarın məhkəməyə təqdim etdiyi ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında, qısa müddətdə tələbkara olan borcunu hissə-hissə olmaqla ödəyəcəyinə dair söz vermiş, bu barədə sonuncu ilə razılığa gəlmişdir. Məhkəmə iclasında tələbkar öz izahatında borclu ilə razılığa gəldiyini bildirmiş, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini barədə ərizə təqdim etmişdir. Həmçinin alimentin qəsdən və qərəzli ödənilməməsinə dair hər hansı sübut məhkəməyə daxil olmamışdır. Beləliklə məhkəmə Abşeron rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-513/2024 saylı icra sənədi üzrə borclu ilə tələbkar arasında razılıq əldə edilməsini və qəsdən aliment ödənilməməsi barədə sübutların kifayət etmədiyini nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar