Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1181/2020 08.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Abşeron rayon Polis idarəsinin sahə rəisi polis mayoru X1 iştirakı ilə xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 06 qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-PARK Y/K-də yerləşən ARAZ mərketdən 9 manat 33 qəpik dəyərində iki ədəd şampun və bir ədəd Ful enerji içkisini gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-PARK Y/K-də yerləşən OBA mərketdən 30 manat dəyərində Vest Gold yağını gizli yolla oğurlamışdır. Şəxs 23.06.020-ci il tarixdə X3 məxsus Nissan Tida markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini sındırmaqla, avtomobildən siqaret və meyvə kəsən bıçağı gizli yolla oğurlamışdır. Şəxs 26.06.020-ci il tarixdə X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarının çöl tərəfində quraşdırılmış, 120 manat dəyərində su sayğacını gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-PARK Y/K-də yerləşən ARAZ mərketə Zərərçəkmiş şəxs2 polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, AAAF- PARK Y/K-də yerləşən ARAZ mərketdən iki ədəd şampun və bir ədəd Ful enerji içkisini, X2 polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-PARK Y/K-də yerləşən OBA mərketdən Vest Gold yağını, X6 polis idarəsinə ərizə ilə müraciət edərək, 23.06.020-ci il tarixdə ona məxsus Nissan Tida markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini sındırmaqla, avtomobildən siqaret və meyvə kəsən bıçağın və X7 polis idarəsinə ərizə ilə müraciət edərək, 26.06.020-ci il tarixdə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarının çöl tərəfində quraşdırılmış, su sayğacını oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayətlər əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluqların Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 06-da yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Pula ehtiyacı olduğundan qeyd olunan oğurluqları törətmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1181/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1181/2020
08.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver