Məhkəmə qərarları › İş №3(012)-1181/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1181/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1181/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron RPİ-nin Saray PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin Saray PB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində DİN-in ƏÇPA-nın 12-ci Patrul Bölüyünün əməkdaşları Abşeron rayonu Saray qəsəbəsində xidmətdə olmuşlar. X4 küçəsində baş vermiş oğurluq hadisələrinin qarşısının alınması məqsədilə verilmiş daxili təlimata əsasən gəzintidə olan zaman üç nəfər şəxsin küçənin qaranlıq hissəsində dayandığını, həmin şəxslərdən birinin əlamətlərinin bir müddət əvvəl baş vermiş oğurluq hadisəsi ilə əlaqədar müşahidə kameralarında görüntülənən şəxsin əlamətlərinə uyğun gəldiyini görüb həmin şəxslərə yaxınlaşmağa qərara gəlmişlər. Həmin şəxsləri sorğu-sual edərkən əlində pivə şüşəsi olan və özünü Şəxs kimi təqdim edən şəxs spirtli içki içərək bölük əməkdaşlarının verdiyi suallardan yayınmağa çalışaraq heç bir sənədinin olmadığını, əvvəllər oğurluqla məhkum olunmasına baxmayaraq, Azərbaycan Respublikası vətəndaşı olmadığını bildirib özündən çıxmış və uca səslərlə aqressiv vəziyyət yaratmışdır. Əməkdaşlar ondan dəfələrlə nizamintizamlı olmağı, özünü təmkinli aparmağı tələb etsələr də, onların qanuni tələblərinə məhəl qoymadan aqressiyasını davam etdirərək, qəflətən əlində olan pivə şüşəsini yerə vurub sındırmış və şüşənin kəsilmiş hissəsi ilə öz qoluna xəsarət yetirməyə başlamışdır. Əməkdaşlar dərhal müdaxilə edib onun əlindən şüşə qırığını alaraq xidməti maşına əyləşdirib Saray PB-nə gətirmişlər. Polis Bölməsində Şəxs ilk tibbi yardım göstərilmiş və bundan sonra onu Sumqayıt şəhər Travmatoloji xəstəxanasına aparmışlar. Orada Şəxs tibbi yardım göstərildikdən sonra barəsində müvafiq tədbirlərin görülməsi üçün yenidən Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində həmin şəxsin izahatı alınaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbil edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində eyni küçədə yaşayan tanışları Hüseyn və Pərvizlə yolun kənarında dayanıb deyib-güldükdən bir qədər sonra onlara polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin əməkdaşlar onların saldıqları səs-küyə və onun əlindəki pivəyə görə onlara irad bildirmiş, daha sonra sənədlərini təqdim etməyi tələb etmişlər. O, isə aqressiv formada polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq sənədlərinin olmadığını, onları əsassız sorğu-sual etdiklərini bildirmişdir. Əməlindən peşmandır və barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il, saat 02:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə dindirilərkən və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 30 may 2024-cü il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar