Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1182/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mehd oğlunun və onun müdafiəçisi vəkil X2 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu, Aşağı Kürkəndi kəndində qeydiyyatda olan, Şəxs Mehd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXMnin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Mehd oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin Saray PB-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Mehd oğlu xx.xx.2025-ci il tarixdə, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində Abşeron RPİ-in DYPŞ əməkdaşı tərəfindən saxlanılarkən, etibarnamə olmadan idarə etdiyinə görə idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına etiraz edərək, polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələrlə söyüş söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Buna görə Şəxs Mehd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs Mehd oğlu tərtib edilmiş protokola tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron RPİ-nin sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron RPİ-in DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış Şəxs Mehd oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Mehd oğlunun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mehd oğlu ona istinad edilən əməli törətmədiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində avtomobil idarə edərkən, DYPŞ əməkdaşı tərəfindən saxlanılmış, sənədlərini təqdim etdikdən sonra avtomobilini cərimə meydançasına aparılmasına etiraz edərək, özünə mobil telefonla çəkliş etmişdir. Həmin vaxt ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Mehd oğlu xx.xx.2025-ci il tarixdə, saat 02:20-da inzibati qaydada tutulmuşdur. Video görüntüdən görünür ki, Şəxs Mehd oğlunun özünə məxsus mobil telefonla çəkliş etdiyi zaman polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələr işlətməsi öz əksini tapır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Mehd oğlu Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs Mehd oğlu həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, xırda xuliqanlıq ictimai təhlükəli əməlin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. Ağayev X6 rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində polis əməkdaşlarını təhqir etməklə digər şəxsin hüquqlarına riayət etməklə ictimai qaydanın şəxslərin bir-birinə hörmət edilməsinə dair qaydalarına əməl etməyərək, ictimai qaydanı pozmuşdur. Bu faktı isə özözlüyündə Şəxs Mehd oğlunun sözügedən inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs Mehd oğlu xx.xx.2025-ci il tarixdə, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində Abşeron RPİ-in DYPŞ əməkdaşı tərəfindən saxlanılarkən, etibarnamə olmadan idarə etdiyinə görə idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına etiraz edərək, polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələrlə söyüş söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etməsi məhkəmə iclasında nümayiş etdirilən videogörüntüdəki görüntülərlə təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin görüntülər işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs Mehd oğlu tərəfindən törədilmişdir. Ona görə məhkəmə həmin izahatı Şəxs Mehd oğlunun inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə, Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs Mehd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs Mehd oğlu İXM-in 510-cu madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs Mehd oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut 01 ədəd SD disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Mehd oğlu Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən, saat 02:20-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1182/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1182/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver