Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1183/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, Barəsində inzibati haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1979-cu ildə Gədəbəy rayonu, Şahdağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olan faktiki Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş 12 avqust 2021ci il tarixli inzibati xəta haqqında materialda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 12 avqust 2021-ci il tarixdə, vət. Zodanov X1 rayonu Saray qəsəbəsində Abşeron rayon Polis İdarəsinin PPXB-nun polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması səbəbindən, polis idarəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, həqiqətən də 12 avqust 2021-ci il tarixdə özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən mebel sexinə polis əməkdaşları gəlmişlər. Qapalı məkanda işçilər tibbi maskadan istifadə etməmşdilər. Polis əməkdaşları işçilərə protokol tərtib etdikləri üçüün o, əsəbləşmiş və ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu Abşeron rayonu Saray polis bölməsinə gətirmişlər, Hazırda törətdiyi əməlindən peşiman olduğunu bildirib ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin sahə rəisi X2 məhkəmə iclasında iştirakı etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə, Protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində iş materiallarında olan protokoldan və protokola əlavə edilmiş sənədlərdən də müəyyən olundu ki, Şəxs 12 avqust 2021-ci il tarixdə özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən mebel sexində polisin qanuni tələbinə qəsdən tabe olmaması səbəbindən, Abşeron rayonu Saray polis bölməsinə gətirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, 12 avqust 2021-ci il tarixdə özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən mebel sexinə polis əməkdaşları gəlmişlər. Qapalı məkanda işçilər tibbi maskadan istifadə etməmşdilər. Polis əməkdaşları işçilərə protokol tərtib etdikləri üçüün o, əsəbləşmiş və ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu Abşeron rayonu Saray polis bölməsinə gətirmişlər və o, hazırda törətdiyi əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, protokol tərtib etmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə əməli yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə alıb, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1183/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1183/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver