Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1184/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayonu Vəkil Bürosunun vəkili Vəkil oğlunun, tələbkar X4 və inzibati tənbeh barədə protokol tərtib etmiş şəxs Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X6 oğlunun iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Embawood MMC-də maşın operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Yaşayış Korpusu, A kompleksi, 7/33 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1837/2009 saylı, 08.10.2009-cu il tarixli icra vərəqəsinə əsasən və Sumqayıt şəhər məhkəməsinin 2(060)-1532/2021 saylı,05.04.2021-ci il tarixli qərarları üzrə iş üzrə borclu Şəxs 9245 manat məbləğində aliment borcunu iş üzrə tələbkar X4 xeyrinə ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı icra sənədinə əsasən 08.06.2009-cu il tarixdən hesablanmaqla Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq 20.03.2008-ci il təvəllüdlü X7 qızının yetkinlik çatanadək saxlanılması üçün anası X4 xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1532/2021 saylı 05.04.2021-ci il tarixli icra sənədinə əsasən 2(060)-1837/2009 saylı 08.09.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmağı qət edilmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, iş yeri barədə yalan məlumatlar verməklə, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də icra məmuru borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, uzun müddət xarici ölkədə olduğundan aliment borcu yığılmışdır, hazırda işləyir və onun əmək haqqından aybaay pul tutulur. Yığılmış borcu ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçi Vəkil oğlu inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X8 bildirdi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı icra sənədinə əsasən 08.06.2009-cu il tarixdən hesablanmaqla Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq 20.03.2008-ci il təvəllüdlü X7 qızının yetkinlik çatanadək saxlanılması üçün anası X4 xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-1532/2021 saylı 05.04.2021-ci il tarixli icra sənədinə əsasən 2(060)-1837/2009 saylı 08.09.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmağı qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində ciddi inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08.09.2009 tarixli 2(060)- 1837/2009 saylı icra sənədinə əsasən 08.06.2009-cu il tarixdən hesablanmaqla Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq 20.03.2008-ci il təvəllüdlü X7 qızının yetkinlik çatanadək saxlanılması üçün anası X4 xeyrinə ödənilməsi qət edilmişdir İş materiallarında olan 16.10.2009-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-1532/2021 saylı 05.04.2021-ci il tarixli icra sənədinə əsasən 2(060)-1837/2009 saylı 08.09.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmağı qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri icra idarəsindən Sumqayıt şəhər polis idarəsinə ünvanlanan məktubdan görünür ki, barəsində 27.03.2020-ci il tarixdən axtarış elan olunmuş, Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, 7/33 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan akta əsasən tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar edilmədi İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 avqust 2021-ci il, saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1184/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1184/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver