Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1185/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, inzibati protokolu tərtib etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə «Az.SAFE” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 276-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: «Az.SAFE” MMC-in Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və Dağ- X5 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:42-də, «Az.SAFE” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən saxlama anbarında istismar olunan bir ədəd körpülü kranın “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrindən qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Buna görə də «Az.SAFE” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2023-cü il tarixdə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixi KY231930534 nömrəli çıxarışa əsasən, «Az.SAFE” MMC-nin təhlükə potensiallı obyektləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlama aparılmışdır. Yoxlama zamanı ünvan 1 ünvanında yerləşən saxlama anbarında istismar olunan bir ədəd körpülü kranın dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 24/284 saylı akt tərtib edilmiş, yoxlamada iştirak etsələr də «Az.SAFE” MMC-nin nümayəndələri aktın bir nüsxəsini almaqdan imtina etmişlər. Bununla bağlı «Az.SAFE” MMC-yə xəbərdarlıq edilərək, MMC-yə məxsus obyektin Agentlikdə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi təklif edilmişdir. Sonuncu dəfə Agentlik xx.xx.2023-cü il tarixdə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixi KY231930534 nömrəli çıxarışa əsasən, «Az.SAFE” MMC-nin təhlükə potensiallı obyektləri üzrə 07-08 iyul 2022-ci il tarixlərində yoxlama aparılmışdır. Yoxlama zamanı ünvan 2 ünvanında yerləşən saxlama anbarında istismar olunan bir ədəd körpülü kranın dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 24/302 saylı akt tərtib edilmiş, yoxlamada iştirak etsələr də «Az.SAFE” MMC-nin nümayəndələri aktın bir nüsxəsini almaqdan imtina etmişlər. Buna görə də «Az.SAFE” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sonuncudan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin 2023-cü reyestrindən xx.xx.2023-cü il tarixi KY231930534 nömrəli çıxarışa əsasən, «Az.SAFE” MMC-nin təhlükə potensiallı obyektləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış yoxlama zamanı «Az.SAFE” MMC-nin istismarında olan Xırdalan şəhəri, Həsən Əliyev küçəsi ev 1, mənzil 8 ünvanında yerləşən saxlama anbarında istismar olunan bir ədəd körpülü kranın Agentlikdə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 24/302 nömrəli Yoxlama Aktından müəyyən olunur ki, kimyəvi maddələrin istehsalı sahəsində istismar olunan bir ədəd körpülü kranın istismarına icazə alınmamışdır (“Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası” 6-cı bənd). Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, «Az.SAFE” MMC Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Az.SAFE” MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və X4 Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli 695 nömrəli Fərmanının 8.11 -ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2001-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 8-ci bəndinə uyğun olaraq obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir. İş materiallarında göstərilən qeydiyyat isə regional müfəttişliklərin nəzarət etdikləri obyektlər barədə apardıqları qeydiyyatdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «Az.SAFE” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Az.SAFE” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: «Az.SAFE” MMC Azərbaycan Respublikasının İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1185/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1185/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver