Məhkəmə qərarları › İş №3(012)-1185/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1185/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1185/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Gədəbəy rayonunun Çobanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)-4035/2021 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, xx.xx.2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 10 (on) manat dövlət rüsumunun Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 09 sentyabr 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədində olan öhdəlik yerinə yetirmədiyindən Abşeron rayon Məhkəməsinin 8(012)-90/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmə hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra sənədi üzrə göstərilən tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 3(012)-916/2023 saylı qərarına əsasən ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonrakı müddətlərdə borcu icra vərəqəsi üzrə göstərilən tələbin icrasından yayınaraq, şöbəyə gəlməmişdir. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 04 aprel 2024-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 4775 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, ödəniş etməsinin gecikdirilməsinin səbəbini maddi imkansızlıqla əlaqələndirir. Bildirir ki, onun icra sənədi üzrə ödəniş etməməsi qərəzli deyil. Belə ki, o, borcundan müəyyən qədər ödənişlər edir. Hazırki borc məbləğindən tələbkara 1500 manat məbləğində ödəniş etmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, borclu Şəxs barəsində olan icra vərəqi üzrə borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, borclu bu üsuldan dəfələrlə istifadə etmişdir, belə ki, alimenti ödəməkdən , icra məmurunun qanuni çağırışlarına gəlməkdən yayınmış, saxlanıldığı halda cüzi miqdarda ödəniş etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)-4035/2021 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 10 (on) manat dövlət rüsumunun Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir;

2. Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)-4035/2021 nömrəli icra vərəqəsi 09 yanvar 2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmaqla09 sentyabr 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)-4035/2021 nömrəli icra vərəqəsi üzrə öhdəliyin icrası ilə əlaqədar Abşeron rayon Məhkəməsinin 8(012)-90/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmə hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır;

4. Abşeron rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 3(012)-916/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilərək, 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir;

5. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 04 aprel 2024-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs dəymiş ziyandan qismən ödəməsini məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə dəfələrlə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olunmuş və yalnız bundan sonra məcburi öhdəlik olaraq müəyyən edilmiş borc məbləğindən ödəniş edərək, yenidən çağırışlara gəlməkdən boyun qaçırmışdır. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək,icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsini, yaşayış yerini dəyişməsini, axtarışla gətirilməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, həmçinin bundan əvvəl barəsində qəbul edilmiş inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar