Məhkəmə qərarları › İş №3(012)-1186/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1186/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1186/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, şikayət qanunla müəyyən edilmiş 20 günlük müddət daxilində verilmədiyindən şikayət və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.. 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. X2 tərəfindən verilmiş şikayət ərizəsinin və əlavə olaraq verdiyi ərizənin məznunundan görünür ki, o, şikayəti göndərdiyi poçt zərfinin məhkəməyə xx.xx.2024-cü il tarixdə çatdırıldığını və 20 günlük şikayətvermə müddəti ərzində də, məhkəməyə həmin qərardan şikayət verdiyini, lakin məhkəmənin bunu nəzərə almayaraq şikayətin vaxtında verilməməsi əsası ilə geri qaytarmışdır. X1 tərəfindən qeyd edilən qərardan şikayət verilmiş, lakin müddət göründüyü kimi müddət ötürlsə də, müddətin bərpası barədə ərizə verilməmişdir. Bundan başqa, şikayət qanunla müəyyən edilmiş forma və məzmuna riayət edilmədən hansı orqanın qərarından verildiyi də şikayətdə qeyd edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati qərardan şikayət inzibati xətanın başvermə yerinə görə məhkəməyə verilir.Şikayətverənin vəsatəti ilə yaşayış yeri üzrə də verilə bilər Buna görə də qeyd edilənlərə əsasən hesab edirəm ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti geri qaytarılsın. X2 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva 3(012)-1186/2024 2024-cü il MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 31 may 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X2 tərəfindən daxil olmuş şikayətə məhkəmənin inzibati binasında baxılır. İclas saat 14:30-da açıldı. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 31 may 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar