Məhkəmə qərarları › İş №3(012)-1187/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1187/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1187/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X19 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, protokolu tərtib edən şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1295/2021 saylı, 2(043)-1567/2021 saylı, Abşeron Rayon Məhkəməsinin 1(012)-84/2021 saylı icra sənədləri üzrə Şəxs tələbkar X8 1980, Zərərçəkmiş şəxs Tofiq qızına 3030 manat, Vəliyev Cavanşirə 18500 manat ödənilməlidir. İcra sənədləri üzrə tələbkar X3 14600 manat, tələbkar X9 1780 manat, tələbkar Zərərçəkmiş şəxs 2080 manat ödənilməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokola uyğun izahat verməklə məhkəmədən onun barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, heç bir yerdə işləmir. Atası şəkər xəstəsi olduğu üçün işləyə bilmir. Hissə-hissə hər ay ödəniş edəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Sevda Tofiq qızının izahatıyla eyni məzmunlu izahat verdi. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1567/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 manat pul və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu olaraq 30 manat tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1950 manat məbləğində pul və ödənilməmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən mülki iddia təmin edilmiş, təqsirləndirilən şəxs Şəxs zərərçəkən şəxs X4 xeyrinə 18500 manat pul tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarxili “icraata başlamaq haqqında” qərarlardan görünür ki, n icra sənədləri üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 3198/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 408/2022 saylı qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 84/2021 saylı xx.xx.2021-ci il, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1295/2021 saylı xx.xx.2021-ci il və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1567/2021 saylı xx.xx.2021-ci il icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar