Məhkəmə qərarları › İş №3(012)-1188/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1188/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1188/2020 24.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olan, Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, idarə etdiyi «VAZ 2107» markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Abşeron rayonu, Məmmədli qəsəbəsindən Digah qəsəbəsi istiqamətində hərəkətdə olan zaman işıqforun qadağanedici işığında hərəkətini davam etdirmiş, nəticədə baş yolda işıqforun yaşıl işığında hərəkətdə olan X2 idarə etdiyi «NİSSAN SUNNY» markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, ehtiyatsızlıqdan «NİSSAN SUNNY» markalı avtomobilin sürücüsü X1 yüngül zərər vurmaya aid xəsarətlər yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, idarə etdiyi «VAZ 2107» markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Abşeron rayonu, Məmmədli qəsəbəsindən Digah qəsəbəsi istiqamətində hərəkətdə olan zaman işıqforun qadağanedici işığında hərəkətini davam etdirmiş, nəticədə baş yolda işıqforun yaşıl işığında hərəkətdə olan X2 idarə etdiyi «NİSSAN SUNNY» markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, ehtiyatsızlıqdan «NİSSAN SUNNY» markalı avtomobilin sürücüsü X1 yüngül zərər vurmaya aid xəsarətlər yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1272 saylı rəyində göstərilir ki, X2 bədənində olan xəsarətlər – sol bazu nahiyyəsinin aşağı 1/3in əzilmiş cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2020-ci il tarixinə uyğun gəlir, müxtəlif şəraitdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar olunmur. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəməyə gəlmədiyinə görə məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar