Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1188/2021 11.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə 11.10.2021ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinni xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini belə əsaslandırdı ki, o, X9 Polisinin 30.07.2021-ci il tarixli TP4512208 nömrəli inzibati xəta haqqında qərarından şikayət verməyinin səbəbi barəsində yazılan 16.07.2021-ci il tarixli İXP4099011 nömrəli protokolda qeyd olunan İXMnin 327.1 -ci və 327.6-cı maddələrinin qanunsuz olmasıdır. Belə ki, hadisə Xırdalan şəhərində X7 yanında olmuşdur. O, 16.07.2021-ci il tarixdə 2-ci sırada dayanan maşının qarşısında parklama qaydalarına riayət edərək aptekdən dərman almaq üçün saxlamış, həmin zaman dayanan maşın anidən hərəkət elədiyi üçün onun sağ tərəf iki qapısını sürtmüş, tələsdiyi üçün həmin nəqliyyat vasitəsinin sürücüsünə onun nömrəsini götürmədiyini, indi tələsirəm evə dərmanı verim gəlim aidiyyəti üzrə həll edəcəyini demiş, o da demiş ki, nömrəyə ehtiyac yoxdur. Həmin maşının sürücüsünə demişdir ki, dərmanı evə verib, gəlir. Lakin bir az keçmişdir ki, polisdən ona zəng gəldi ki, X7 yanında hadisə olub, Siz də oradan uzaqlaşmısız. O, polisə getmiş, aidiyyəti üzrə izahatını yazmış və həmin hadisədə həm onun günahının olmadığını, həm də evdə xəstəyə dərman verməyə tələsdiyi üçün hadisə yerindən getmiş, lakin ona aidiyyəti üzrə məsələni həll etmək üçün zərər vuran maşının sürücüsünə nömrəni vermişdir. Olan yol nəqliyyat hadisəsində onun maşınına zərər dəysə də və hadisənin olmasında onun günahı olmasa da, polis mayoru X4 qərəzli olaraq ona cəza yazmışdır. Həmin hadisədə isə o, yol nəqliyyat hadisəsini törədən tərəf olmamış və İXM-nin 327.6-cı maddəsi barəsində tərtib oluna bilməzdi. Sonda o, Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Abşeron DYPŞ-i məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Abşeron DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş TP №4512208 saylı, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1188/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1188/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver