Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1189/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli,işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Şəxsnun barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə baldızı Şəxs arasında yaşadıqları mənzildə ailə məişət münasibətləri zəmnində mübahisə baş vermiş və mübahisə zamanı qarşılıqlı dava-dalaş nəticəsində Şəxs Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş Şəxs izahatında bildirdi ki, qardaşı X4, Şəxs ilə 2007-ci il tarixdə ailə qurmuş və həmin nikahdan iki övladları vardır. Həmin vaxtdan Könül ilə münasibətlərinin normal olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində qardaşına məxsus evdə olan zaman Könülün övladlarını döyməsi üstündə onunla sözlə mübahisə edən zaman Könül əlində bıçaqla onu hədələyərək onun ayağından təpiklə vuraraq xəsarət yetirdiyini, həmin vaxt özünü qorumaq məqsədi ilə Könülü kənara itələdiyini bildirdi. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada kənar şəxslərin olmadığını, mübahisə zamanı qardaşı arvadı Zərərçəkmiş şəxs Rəhaman qızına qarşı fiziki zor tətbiq etmədiyini bildirdi. Məhkəmə iclasındadindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, əri X4 ilə 2007ci il tarixdə qilə qurmuş və hmin nikahdan 2 övladları vardır. Bir müddətdir ki, əri və baldızı Şəxs ilə münasibətlərinin yaxşı olmadığını, buna səbəb əri və baldızının yaşadığı evdə əsassız olaraq münaqişə yaratması və onu yaşadıqları evdə döymələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman qaz kombisinin işləməməsi üstündə övladlarına iradını bildirərkən baldızı Kəmalə ilə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı baldızı Kəmalə onun sifətindən bir dəfə sillə vuraraq saçlarını yolmuşdur. Həmin mübahisə zamanı əlində bıçaq olmamışdır. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada kənar şəxslərin olmadığını, mübahisə zamanı baldızı Şəxs və əri X1 qarşı fiziki zor tətbiq etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs, Zərərçəkmiş şəxs və X2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasınınxx.xx.2020-ci il tarixli, 855 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sağ qulaqaltı çeynəmə nahiyyəsinin, sağ bazunun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağı nahiyyəsinin arxa səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırları bərk küt əşya təsirindən törənmişdir;qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi;sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 880 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətlərin izi aşkar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Lənkəran rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.
Məhkəmə qərarları › İş №3(012)-1189/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1189/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver