Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-119/2021 11.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsinin Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə axşam saat 17:00 radələrində Bakı-Şamaxı yolunun 31-ci km-də karantin rejimi qaydalarını pozmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə 50 manat pul müqabilində sərnişin qismində 2 nəfər şəxsin karantin postundan deyil, özü bildiyi torpaq yolla keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, bir neçə ildir taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə saat 17.00 radələrində iki nəfər ona yaxınlaşaraq gizli torpaq yolla onları rayona aparmağı xahiş etmişlər. O, da 50 (əlli) manat pul aldıqdan sonra Elşən Rzayevlə birlikdə yola düşən zaman torpaq yolda polis əməkdaşları onları saxlamış və barələrində müvafiq protokol tərtib emişlər. Törətdiyi etdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxsin müdafiəçisi, Vəkil məhkəmədə verdiyi izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alınmasını xahiş etdi. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında qərarlardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 3-cü bəndinə əsasən Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılmışdır. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. İş materiallarında olan BDYPİ-nin ATMŞ-nin Baş İdarəsinin polis mayoru Y.Mustafayev , YPXA-nın 3-cü tağımının, YPXB-nin polis baş leytenantı A.Zeynalov və polis serjantı S.Süleymanov tərəfindən Qobu polis bölməsinə ünvanladığı raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Şamaxı yolunun 31-ci km-də karantin rejimi ilə əlaqədar xidmət apararkən tərəfindən YPX-nın əməkdaşı Mercedes-Benz markalı, **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişinin Şamaxı istiqamətinə hərəkət etməsi üçün heç bir icazələrinin olmadığını müəyyən etmiş və nəqliyyat vasitəsinin geriyə, Bakı istiqamətinə qayıtmasına göstəriş vermiş və təxminən saat 15:10 radələrində **-YP-*** polis alayı ilə karantin postuna Şamaxı istiqamətindən qaytarılmışlar. İzahatları alınan sürücü və sərnişinlərin X5, X9 Rövşən qızı olduğu məlum olmuşdur. Onlar geri Bakı şəhəri istiqamətinə geri qaytarılan zaman adlarını bilmədikləri vətəndaş onlara yaxınlaşaraq müəyyən məbləğ müqabilində onları qeyri-qanuni postdan kənar torpaq yolla Şamaxı istiqamətində hərəkətlərinə kömək edəcəklərini bildirmişlər. 50(əlli) manat pul müqabilində torpaq yolla Şamaxı istiqamətinə yola düşmüşlər. BDYPİ-nin göstərişi əsasında 711 saylı YPX postunda saxlanılmış, barələrində inzibati tənbeh tədbiri görülmüş və **-YP-*** polis alayı ilə karantin postuna geri gətirilmişlər. Sərnişin Nadirova Səbinə Rövşən qızından izahat alınan zaman məlum olmuşdur ki, VAZ 2106 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan tanımadığı şəxslər sürücü və sərnişinin torpaq yolla Şamaxı istiqamətinə getməsini təmin etmişdir. Polis əməkdaşları ilkin araşdırma zamanı həmin şəxsləri aşkar etmiş və məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X14 oğludur. Sürücü X14 oğlu və yanındakı sərnişin Şəxs birlikdə 50 manat pul müqabilində digər şəxslərin kənar yolla Şamaxı istiqamətinə hərəkət etmələrinə köməklik edərək karantin rejimi qaydalarının pozmuşdur. İş materiallarında olan ƏÇPA-nın 2-ci patrul bölüyünün polis nəfəri polis serjantı Şükürzadə Məzhər oğlu, X8 və X3 Qobu polis bölməsinə ünvanladığı raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə növbədə olduqları zaman sürücü X5 və X9 Rövşən qızı karantin postuna yaxınlaşaraq Bakıdan Şamaxı istiqamətinə postu keçməyə cəhd etmiş, lakin icazələri olmadıqları üçün polis əməkdaşları tərəflərindən geri qaytarılmışdır. Bu zaman postun ətrafında olan vətəndaş Şəxs və X14 oğlu sözü gedən sürücüyə yaxınlaşaraq qeyri qanuni torpaq yolla üzü rayon apararaq müqabilində 70 manat istəsə də onlar razılaşmamış və 50 manat pul vermişdir. Vətəndaş Şəxs və X14 oğlu həmin pulu öz aralarında bölüşmüşlər. Bundan sonra həmin vətəndaşlar qarşıdakı 711 saylı karantin postunda polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri seçilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağa tələb etməsinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirməsini inzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, qərarda qeyd olunan hallarla əlaqədar deyil, digər məqsədlə icazəsi olmadan torpaq yolla Bakı şəhərindən rayona getməyə cəhd göstərmişdir. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağa tələb etməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməsini inzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hal kimi, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun sərtəşdirilmiş xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. İnzibati qaydada tutma haqqında protokoldan qərardan görünür ki, Şəxs xx.xx.2021-ci il saat 10.00 da tutulmuşdur. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il, saat 21:00-dan hesablanmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il, saat 21:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-119/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-119/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver