Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-119/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Şəxs MMC-nin vəkili-nümayəndəsi Nümayəndə və nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələblərinə əməl etmədən (yəni yazılı əmək müqaviləsi bağlanılmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) fiziki şəxslər iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X5 protokolunda göstərmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələblərinə əməl etmədən fiziki şəxslərin iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili-nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, AR İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyət yaranması üçün əsas işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. DƏMX tərəfindən tərtib olunmuş Protokola əsasən, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edən sübut kimi “Müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlər” göstərilmişdir. Lakin həmin təsdiqedici sənədlərin nədən ibarət olması qeyd edilməmişdir. Eyni zamanda, DƏMX tərəfindən məhkəməyə göndərilən materiallar arasında müəssisə tərəfindən təqdim edilmiş hər hansı “təsdiqedici sənəd” mövcud deyildir. DƏMX inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. DƏMX yalnız keçmişdə şirkətlə xidmət müqaviləsi əsasında əməkdaşlıq edən Araz Şükürov adlı şəxsin şikayətinə əsaslanaraq, Şirkət tərəfindən AR İXM- nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsindən şübhələnərək, yalnız bu şübhənin əsasında, heç bir araşdırma aparmadan tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, Araz Şükürov DƏMX-ə şikayət ərizəsi ilə müraciət edərək, Şirkətlə onun arasında olan münasibətlərin əslində əmək münasibətləri olduğunu iddia etmiş və onunla xidmət müqaviləsi bağlanmasının qanun pozuntusu olduğunu bildirmişdir. İş materiallarında yuxarıda qeyd olunan hallardan hər hansı birini (birinci bənd istisna olmaqla) təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan əlavə, həmin hallar sübut edilsə belə, bu, tərəflər arasında olan münasibətin əmək münasibəti kimi qiymətləndirilməsi və İXM-nin 192.1 -ci maddəsi üzrə xəta tərkibinin yaranması üçün əsas ola bilməz. DƏMX-in Protokolda istinad etdiyi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində göstərilən və tərəflər arasında münasibətlərin əmək münasibətləri hesab edilməsinə və xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilməməsinə səbəb olan halların heç biri mövcud deyildir. Həmçinin, DƏMX öz Protokolunda bu hallardan konkret olaraq hansının mövcud olduğunu qeyd etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 30 aprel 2021-ci il tarixli xidmət müqaviləsinin (bundan sonra - Xidmət Müqaviləsi) məzmunu və forması əmək müqaviləsinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzmununa və formasına uyğun deyildir (ƏM, 7-ci maddə, 2- 3.1-ci bənd). Eyni zamanda, tərəflər arasında münasibətlər Şirkətin əsas fəaliyyətinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmamışdır (ƏM, 7-ci maddə, 2-3.4-cü bənd). Şirkət pivə istehsalı ilə məşğuldur. Tərəflər arasında münasibətlər isə hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar yaranmışdır. Xidmət Müqaviləsində Əmək Məcəlləsinin 10-cu, 77-ci, 112-ci, 179cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi də nəzərdə tutulmamışdır (ƏM, 7-ci maddə, 2-3.8-ci bənd). Həmçinin, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində nəzərdə tutulan digər halların da heç biri mövcud deyildir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallardan hər hansı biri olduqda, o cümlədən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda belə, bu münasibətlərin əmək münasibətləri olub-olmaması həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. DƏMX isə heç bir araşdırma aparmamış, Şirkət tərəfindən Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozulduğunu qeyd etsə də, konkret olaraq hansı tələbin pozulduğunu və bu pozuntunun nədə ifadə olunduğunu, ümumiyyətlə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3cü hissəsində göstərilən hallardan konkret olaraq hansının mövcud olduğunu bildirməmiş, yalnız şəxsin şikayəti əsasında inzibati cərimə haqqında protokol tərtib etməklə qanunvericiliyi kobud şəkildə pozmuşdur. Bundan əlavə, KM Qərarına əsasən, “şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.”DƏMX-nin 25 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 eyni məzmunda izahat verərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. -X3 tərəfindən elektron qaydada verilmiş şikayət ərizəsindən görünür ki, AR Vəkillər Kollegiyasının üzvü vəkil Araz Şükürov "xxxx" ASC-də "xxxx" MMC-də və Carlsberg Groupda əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi barədə məlumat vermək istəyir. Belə ki, qeyd olunan "xxxx" MMC ilə onun arasında xx.xx.2021-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Lakin bununla məhdudlaşmayaraq o "xxxx" MMC-nin tapşırıqlarına və tələblərinə əsasən həmçinində "xxxx" ASC-yə və eləcədə Carlsberg Group şirkətiərinədə hüquqi xidmətlər göstərmişdir. Bütün bunlara sübut kimi "xxxx" ASC-nin Ümumi Yığıncaqlarının keçirilməsinin təşkili, iclas protokollarının katib kimi imzalamağı, səhmdarların sorğularına rəsmi qaydada cavabların hazırlanıb və tərəfimdən imzalanması, cəmiyyətlərin fəaliyyəti ilə əlaqədar AR Mərkəzi Bank və digər dövlət orqanları ilə rəsmi yazışmalarım və s. bunları təsdiq edir. Həmçinin "xxxx" MMC ilə Xidməti Müqavilə bağalayan zaman Carlsberg Grouf şirkətlərinin Təchizat və lisenziyaların Kodeksinin imzalamağı və eləcə də CG-nin bütün digər siyasət, kodeks və təlimatlarının yerli qanunvericiliklə inteqrasiyası və yeni əməkdaşlara təlimlərin keçirilməsi hamısı onu təsdiq edir ki, o həmçinin də Carlsberg Group şirkətilərinədə hüquqi xidmətlər göstərmişdir. Həmçinin də "xxxx" MMC-nin əməkdaşları (mühasib, hüquqşünas və s. qanunsuz və əsassız olaraq "xxxx" ASC-yə də xidmət edirlər və eləcə də işçi kimi çalışırlar. Bu faktı Ümumi yığıncaqların iclaslarında hazırlanmış maliyyə hesabatları və s təsdiq edir. Bundan başqa da "xxxx" MMC ilə Xidməti Müqavilə imzalasa da ondan tələb edilirdiki hər iş günü (həftədə 5 gün) səhər saat 08:00 dən axşam saat 18:00 kimi müəssisənin yerləşdiyi Abşeron Xırdalan ş. Şamaxı Şossesi 1 ünvanına gəlib və orada olur mütləq. Bu da o deməkdir ki, tərəflər arasında xidməti müqavilə olsa da faktiki mnünasibət isə tam əmək münasibətləriydi. Bu barədə rəhbərliyə onunla yanaşı digər şəxslərin məzuniyyət, sosial sığorta və s. hüquqlarının pozulmasına dair iradlarını bildirəndə hər dəfəsində "tezliklə bunu düzəldəcəyik və hərşeydə nəzərə alınacaq" kimi cavablar verilir ona. Lakin heç bir tədbir görülmürdü. Bundan başqa da həm "xxxx" ASC və eləcədə "Carlsberg Group" şirkəti heç bir müqavilə olmadan faktiki olaraq o şirkətlərnəndə əmək münasibətlərim mövcud olub. Bundan başqa da "xxxx" MMC-də bu kimi hallar saysız və hesabsızdır. Belə ki, tək elə təhlükəsizlik xidmətinin 50 nəfərə yaxın əməkdaşı mülki müqavilə əsasında xidmət göstərsə də faktiki olaraq tam əmək münasibətləri əsasında işçi kimi səhər saat 08:00da gəlib axşam saat 18:00 da çıxırlar işdən. Bundan başqa da o həmin sayı 50 nəfərə yaxın olan şəxslər təhlükəsizlik xidmətini heç bir müvafiq lisenziya olmadan göstərirlər. Azərbaycan Respublikası Konstitusyion hüquqlarının pozulmasını nəzərə alaraq Şəxs MMC "xxxx" ASC və eləcə də “Carlsberg Group” şirkətinin hüquq və qanun pozuntusuna yol verdikləri işi ciddi araşdırılması və bütün təqsirkar şəxslərin ən sərt məsuliyyətə cəlb edilməsinin tezliklə təmin edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, işçi özü də şikayətində onunla xidməti müqavilə bağlanılaraq işlədiyini bildirmişdir. Yəni Şəxs MMC-nin əməlində əmək müqaviləsi olmadan işə götürülmə halı müəyyən edilmədi. Ona görə də məhkəmə hesab eidr ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair tərkib yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Abşeron Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(012)-119/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-119/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver