Məhkəmə qərarları › İş №3(012)-1191/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1191/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1191/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-X5 iştirakları ilə xx xxx 1976-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-1066/2019, 02 dekabr 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-383/2021, 01 aprel 2021-ci il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-663/2021, 09 avqust 2021-ci il tarixli icra sənədləri üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(012)- 7052/2016 saylı qətnaməsi 24 iyun 2003-cü il tarixdə anadan olmuş Turanə, 27 iyun 2006cı il tarixdə anadan olmuş Aysunun saxlanılması üçün hər ay hər bir uşaq üçün cavabdeh Şəxs 117 manat sabit pul məbləğində alimentin tutularaq, cavabdeh Zərərçəkmiş şəxs xeyrinə verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə 21 mart 2005-ci il tarixdə anadan olmuş Eldəniz adlı uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin Eldəniz adlı uşağın saxlanması üçün cavabdeh Şəxs 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən hesablanması hissəsində dəyişdirilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 02 iyul 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsindən ötrü icra məmurunun təqdimatı əsasında Abşeron rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 8(012)- 818/2019 saylı qərardadı ilə borclunun icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Daha sonra o, Ağstafa rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(015)-1066/2019 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, ondan xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 11 dekabr 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan başqa Ağstafa rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(015)-383/2021 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(015)-1066/2019 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə 21 iyun 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan başqa o, Ağstafa rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(015)-663/2021 saylı, 29 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(012)-7052/2016 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə 25 avqust 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 12 oktyabr 2023-cü il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsindən ötrü icra məmurunun təqdimatı əsasında Abşeron rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 8(012)-578/2023 saylı qərardadı ilə borclunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşıdırlmışdır. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” barədə 19 may 2025-ci il tarixıi qərara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-1066/2019, 02 dekabr 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-383/2021, 01 aprel 2021-ci il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-663/2021, 09 avqust 2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Onun hazırda 6989,57 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddətdir ki, işləmədiyi üçün icra vərəqəsi üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. İcra məmurunun çağırışlarına gəlməməyinin səbəbi, aliment borcunun olduğunu bilməsi və buna görə əvvəllər inzibati qaydada həbs edilməsi olmuşdur. Belə ki, o yenə də həbs ediləcəyindən qorxduğu üçün hər hansı bir məbləği əldə edənədək icra şöbəsinə getmək istəməmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X9-Zadə məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(012)-7052/2016 saylı qətnaməsi 24 iyun 2003-cü il tarixdə anadan olmuş Turanə, 27 iyun 2006-cı il tarixdə anadan olmuş Aysunun saxlanılması üçün hər ay hər bir uşaq üçün cavabdeh Şəxs 117 manat sabit pul məbləğində alimentin tutularaq, cavabdeh Zərərçəkmiş şəxs xeyrinə verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə 21 mart 2005-ci il tarixdə anadan olmuş Eldəniz adlı uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin Eldəniz adlı uşağın saxlanması üçün cavabdeh Şəxs 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən hesablanması hissəsində dəyişdirilməsi qət edilmişdir;

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli icra vərəqəsi ilə bağlı 02 iyul 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Ağstafa rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(015)-1066/2019 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, ondan xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir;

4. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Ağstafa rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(015)-1066/2019 saylı icra vərəqəsi ilə bağlı 11 dekabr 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

5. Ağstafa rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(015)-383/2021 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(015)-1066/2019 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir;

6. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Ağstafa rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(015)-383/2021 saylı icra vərəqəsi ilə bağlı

7. 21 iyun 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

8. Ağstafa rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(015)-663/2021 saylı, 29 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(012)-7052/2016 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir;

9. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Ağstafa rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(015)-663/2021 saylı, 29 iyun 2021-ci il tarixli icra vərəqəsi ilə bağlı 25 avqust 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

10. Borclu Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 12 oktyabr 2023-cü il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir;

11. Abşeron rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 8(012)-578/2023 saylı qərardadı ilə borclu Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşıdırlmışdır;

12. Abşeron rayon Məhkəməsinin 3(012)-327/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir;

13. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” barədə 19 may 2025-ci il tarixıi qərara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1177/2019 saylı, 10 aprel 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-1066/2019, 02 dekabr 2019-cu il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-383/2021, 01 aprel 2021-ci il tarixli, Ağstafa rayon Məhkəməsinin 2(015)-663/2021, 09 avqust 2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsində görümüş icra tədbirəri nəticə vermədiyindən icra məmuru tərəfindən verilmiş axtarış qərarı əsasında Şəxs oğunun şöbəyə gətirilməsi təmin olunmuşdur. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək, icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsini, axtarışla gətirilməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, həmçinin bundan əvvəl barəsində qəbul edilmiş inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-X6 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 19 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-X6 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar