Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1194/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 129 saylı evdə yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə, yaşadığı evin qarşısına çəpər çəkməsinə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı X2 baş nahiyyəsindən yumruqla vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X4 rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evinin çəpər çəkdirdiyinə görə Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onun baş nahiyyəsindən yumruq vuraraq, döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evinin qarşısına çəpər çəkdirdiyinə görə Şəxsla aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Ziya yumruq onun başından vurmuşdur. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, X4 ilə aralarında mübahisə düşmüş, mübahisə zamanı ona kobud cavab verdiyinə görə yumruqla Arzunun başından vurmuşdur. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 752 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyyəsinin dərialtı hematoması, təpə nahiyyəsinin sol yarsının və üst dodaq nahiyyəsinin sıyrıqları, sağ bazu nahiyyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. İşə əlavə edilmiş zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Şəxs ilə brışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin qeydində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə, yaşadığı evin qarşısına çəpər çəkməsinə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı X2 baş nahiyyəsindən yumruqla vuraraq, ona fiziki ağrı yetirmişdir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs X4 inzibati xəta törətmiş Şəxs ilə barışdığına və iş üzrə icraata xitam verilməsini xahiş etdiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Zərərçəkmiş şəxs X4 inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1194/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1194/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver